Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
“OpenAI” səsli süni intellekt modelini təqdim edəcək
“OpenAI” şirkəti 2026-cı ilin birinci rübündə daha təbii səs qarşılıqlı əlaqəsi təqdim edən yeni audio modelini istifadəyə verəcək.
“Qafqazinfo” xəbər verir ki, yeni sistem real vaxt rejimində dialoqları dəstəkləyəcək, fasilələrə uyğun cavab verəcək və səsli interfeysləri daha insani edəcək.
Hazırda “ChatGPT”nin səs interfeysi mətn əsaslı versiyaya nisbətən daha az istifadə olunur, “OpenAI” isə bunun dəyişəcəyinə ümid edir. Yeni model həmçinin şirkətin yaxın zamanda satışa çıxaracağı ilk aparat məhsulunun təməlini təşkil edəcək.
“OpenAI” gələcəkdə ağıllı dinamiklərdən səsə yönəlmiş eynəklərə qədər müxtəlif cihazlar təqdim etməyi planlaşdırır. Aparat yönümlü işləri isə keçmiş “Apple” dizayn direktoru Coni İve idarə edir, o, bu cihazları istifadəçilərin ekran asılılığını azaltmaq və istehlakçı elektronikasına yeni yanaşma gətirmək üçün perspektivli hesab edir.























































