Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
“ChatGPT”də fotolarla bağlı mühüm - Yenilik
“OpenAI” şirkəti “ChatGPT” platformasında görüntü generasiyası funksiyasını əhəmiyyətli dərəcədə yeniləyib.
“Qafqazinfo” şirkətin rəsmi bloqunda yayımlanan məlumata istinadən xəbər verir ki, yenilənmiş “ChatGPT Images” sistemi yeni nəsil “GPT Image 1.5” modeli (API versiyası) üzərində qurulub.
Tərtibatçıların bildirdiyinə görə, əsas yeniliklər arasında görüntü yaradılma sürətinin dörd dəfəyə qədər artması və modelin istifadəçi təlimatlarına daha dəqiq əməl etməsi yer alır. “GPT Image 1.5” “Image Arena” reytinqində “Flux.2” və “Gemini 3 Pro Image” kimi rəqibləri geridə qoyaraq birinci pilləyə yüksəlib.
Yenilənmənin əsas üstünlüklərindən biri redaktə məntiqinin dəyişməsidir. Yeni model yalnız istifadəçinin istədiyi detalları dəyişir, işıqlandırmanı, kompozisiyanı və insanların üz cizgilərini qoruyub saxlayır. Bu da üzün təhrif olunmadan saç düzümü və geyim dəyişikliklərini sınaqdan keçirmək kimi praktik foto redaktələrini mümkün edir. “OpenAI” bu funksiyanı “cibdə yaradıcı studiya” kimi təqdim edir.
“GPT Image 1.5” yaradıcı transformasiyalar sahəsində də yeni imkanlar açır. Model şəkilləri orijinalın tanınan xüsusiyyətlərini saxlayaraq poster, reklam vizualları, anime üslubu və digər stilizə edilmiş formatlara çevirə bilir. Eyni zamanda, mətn göstərilməsi xeyli təkmilləşdirilib – əvvəlki versiyaların çətinlik çəkdiyi xırda və sıx mətnlər artıq daha dəqiq əks olunur.
“ChatGPT” interfeysində ayrıca “Images” bölməsi yaradılıb. Bu bölmədə hazır filtrlər, trend sorğular və vizual ideyalar təqdim olunur. İstifadəçilər üçün daha bir rahatlıq isə şəkli yalnız bir dəfə yükləyib, sonrakı generasiyalarda yenidən yükləmədən istifadə etmək imkanıdır.























































