Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
“ChatGPT”dən yenilik
“OpenAI” “ChatGPT”yə yeni funksiyalar əlavə edib. Artıq istifadəçilər chatbotdan çıxmadan “Spotify”da pleylist yarada və ya “Zillow”da ev elanlarına baxa biləcəklər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik “Telegram” və “Discord”dakı “mini tətbiqlər”ə bənzəyir. İstifadəçilər “ChatGPT” ilə danışaraq, onun digər tətbiqlərlə necə işləyəcəyini seçə biləcəklər.
“Spotify”, “Canva” və “Zillow” artıq bu sistemin sınaqlarına başlayıblar. İlin sonunadək daha çox tərtibatçıya öz tətbiqlərini təqdim etmək imkanı veriləcək. Bu tətbiqlər “ChatGPT” istifadəçiləri üçün açıq kataloqda yer alacaq.
“OpenAI” bildirib ki, tətbiqlər “faydalı, etibarlı və ardıcıl” olmalı, reklam və əlaqəsiz məzmun paylaşmaq üçün istifadə edilməməlidir.























































