İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
ARHD.AZ saytının idarə heyətinin ilk iclasında Ehram Məcidov fəxri üzv adına layiq görülüb
Bu gün saat 11:30-da ARHD.AZ saytının idarə heyətinin ilin ilk iş günü münasibətilə iclası keçirilib. İclasda yeni ilin prioritetləri, görüləcək işlər və təşkilati məsələlər müzakirə olunub.
İclas çərçivəsində idarə heyətinin qərarı ilə Azərbaycan idmançısı, dünya çempionu Ehram Məcidov ARHD.AZ saytının fəxri üzvü adına layiq görülüb. Qərar Ehram Məcidovun Azərbaycan idmanının inkişafındakı xidmətləri, beynəlxalq arenada qazandığı uğurlar və dövlətə, millətə sədaqətli mövqeyi nəzərə alınmaqla qəbul edilib.
Tədbir zamanı Ehram Məcidova ARHD.AZ saytının fəxri üzvlük vəsiqəsi təqdim olunub. Vəsiqəni ARHD.AZ saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov təqdim edərək, dünya çempionuna gələcək fəaliyyətində uğurlar arzulayıb və onun Azərbaycan idmanına verdiyi töhfələri yüksək qiymətləndirib.
İclasda çıxış edən Ehram Məcidov bildirib ki, o, hər zaman Azərbaycan dövlətinə və xalqına xidmət etməyi özünün əsas vəzifəsi hesab edir. Çıxışı zamanı idmançı ona göstərilən diqqət və dəyərə görə ARHD.AZ saytına və saytın rəhbəri İsmayıl Zalova səmimi minnətdarlığını ifadə edib.
Qeyd edək ki, ARHD.AZ saytı milli maraqların, dövlətçilik dəyərlərinin və ictimai fəallığın təşviqinə töhfə verən şəxslərlə əməkdaşlığa xüsusi önəm verir.























































