BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Dərin tərif və böyük təşəkkür
ARHD.az saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Çin Döyüş Növləri Assambleyası Federasiyasının hüquqşünası İsmail Zalov tərəfindən federasiyanın rəhbər heyətinə dərin hörmət və yüksək ehtiram ifadə olunur.
Xüsusilə Federasiyanın prezidenti Nurlan Aslanov müəllimə göstərdiyi uzaqgörən rəhbərliyə, prinsipial mövqeyinə, yüksək təşkilatçılıq bacarığına və federasiyanın inkişafı naminə apardığı ardıcıl və məqsədyönlü fəaliyyətinə görə xüsusi dərin tərif və böyük təşəkkür bildirirəm.
Nurlan müəllimin peşəkar idarəçilik qabiliyyəti, yüksək mənəvi keyfiyyətləri və milli dəyərlərə sadiqliyi Azərbaycan Çin döyüş növlərinin ölkə daxilində və beynəlxalq arenada layiqincə təmsil olunmasında mühüm rol oynayır. Onun rəhbərliyi federasiyanın sabit və davamlı inkişafına etibarlı zəmin yaradır.
Eyni zamanda Federasiyanın vitse-prezidenti Babək Əliyevə məsuliyyətli fəaliyyəti, səmərəli təşkilatçılığı və federasiya daxilində sağlam idarəetmə mühitinin formalaşdırılmasına verdiyi töhfələrə görə dərin minnətdarlığımı bildirirəm.
Ümumi işlər üzrə vitse-prezident Ehram Məcidova isə operativliyi, işgüzarlığı və federasiyanın gündəlik fəaliyyətinin sistemli şəkildə təşkilində göstərdiyi xidmətlərə görə xüsusi təşəkkürümü ifadə edirəm.
Federasiyanın bu dəyərli rəhbər heyətinin birgə və ahəngdar fəaliyyəti Azərbaycan Çin döyüş növlərinin inkişafına, gənclərin sağlam ruhda tərbiyəsinə və idman-mədəni dəyərlərimizin qorunmasına mühüm töhfə verir. Federasiyanın gələcək fəaliyyətində Avropa ölkələri və müvafiq beynəlxalq idman qurumları ilə daim sıx və davamlı əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq münasibətlərin möhkəmləndirilməsi əsas prioritetlərdən biri olacaqdır. Bu istiqamətdə görüləcək işlər federasiyanın beynəlxalq nüfuzunun artmasına və Azərbaycan Çin döyüş növlərinin Avropa məkanında daha geniş tanıdılmasına xidmət edəcəkdir.
Hər birinizə möhkəm cansağlığı, yeni nailiyyətlər və uğurlu fəaliyyət arzulayıram.
Dərin hörmətlə,
İsmail Zalov
Hüquq üzrə fəlsəfə doktoru
Hüquq eksperti
ARHD.az saytının rəhbəri
Azərbaycan Çin Döyüş Növləri Assambleyası Federasiyasının hüquqşünası






























































