Menu
Xəbər Lenti
20° şaxta olacaq
Dünən, 10:39

20° şaxta olacaq

03 Yanvar 2026 09:08Manşet / Gündəm

Polis gücləndirilmiş rejimdə xidmət aparır

 

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən fasiləsiz xidmət hazırda davam edir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən XALQ-a verilən məlumata görə, dağlıq ərazilərdə, şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Qeyd olunub ki, avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.

“Mövcud hava şəraiti ilə bağlı DİN-in “102” Xidməti Zəng-Mərkəzinə daxil olan çağırışlar üzrə avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.

Hazırda xidmət fasiləsiz davam etdirilir”, – məlumatda deyilir.