Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Suraxanıda “Suverenliyin gücü, neftçinin əməyi” adlı tədbir keçirilib

Suraxanıda “Suverenliyin gücü, neftçinin əməyi” adlı tədbir keçirilib
Sentyabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 sentyabr Dövlət Suverenliyi Günü və Neftçilər günü münasibətilə “Suverenliyin gücü, neftçinin əməyi” adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, rayonda fəaliyyət göstərən neft və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndərin Əmircan qəsəbəsi, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib və videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qonaqları salamlayaraq bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi ilə milli sərvətimiz olan neftin tarixi hər zaman bir-biri ilə sıx bağlı olub. O, qeyd edib ki, xalqımız böyük çətinliklər bahasına öz dövlət müstəqilliyini qoruyub saxlamış və bu gün onu daha da möhkəmləndirərək gələcəyə daşıyır. Neftçilərin əməyinin suverenliyimizin iqtisadi dayağı olduğunu diqqətə çatdıran RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinə sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. A.Əliyev qeyd edib ki, Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən siyasəti bu gün ölkəmiz və region üçün böyük fayda verir.
Tədbirdə çıxış edən Suraxanı Maşınqayırma Zavodu ASC-nin İdarə Heyətinin sədri Vahid Mahmudov, Suraxanı Oyl Əməliyyat Şirkəti 2 saylı Neft Qaz Çıxarma Sahəsinin geoloji işlər üzrə rəis müavini Murad Sarıbalayev Ulu Öndər Heydər Əliyevin ökəmizi böyük inkişaf yoluna çıxarmış neft və qaz strategiyasının bu gün prezident cənab İlham Əliyevin iradəsi və müdrikliyi sayəsində yüksəldiyini, iqtisadi və siyasi müstəqilliyimizin möhkəmlənməsində aparıcı rol oynadığını qeyd edib və göstərilən diqqətə görə təşəkkür ediblər.
Sonda rayonun neft və sənaye müəssisələrinin bir qrup əməkdaşı rayonun sosial-iqtisadi inkişafında fəal iştirakına görə RİHB-nin Fəxri Fərmanları ilə təltif edilib.





















































