Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Lider, Güclü Dövlət və Qlobal Azərbaycan Birliyi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müasir dövrdə dövlətçilik iradəsini, milli maraqlara sədaqəti və tarixi məsuliyyəti özündə birləşdirən nadir siyasi liderlərdəndir. Onun rəhbərliyi ilə Azərbaycan müstəqil inkişaf yolunda möhkəm addımlarla irəliləmiş, siyasi sabitlik, iqtisadi dayanıqlıq və milli birlik təmin olunmuşdur. Prezident İlham Əliyevin fəaliyyəti sübut edir ki, güclü dövlətin təməlində güclü liderlik, aydın strateji baxış və xalqa arxalanan siyasət dayanır.
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Bu siyasətin əsas məqsədi Azərbaycanın suverenliyinin qorunması, iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsidir. Enerji strategiyası, beynəlxalq nəqliyyat dəhlizləri, qeyri-neft sektorunun inkişafı ölkəmizi regionun əsas iqtisadi və siyasi mərkəzlərindən birinə çevirmişdir.
Prezident İlham Əliyevin daxili siyasətində sosial məsuliyyət və ədalət prinsipləri mühüm yer tutur. Regionların sosial-iqtisadi inkişaf proqramları nəticəsində ölkənin ən ucqar yaşayış məntəqələrində belə müasir infrastruktur yaradılmış, yollar, məktəblər, xəstəxanalar, sosial obyektlər istifadəyə verilmişdir. Dövlət başçısının şəhid ailələrinə, qazilərə və sosial həssas təbəqələrə göstərdiyi diqqət və qayğı isə cəmiyyətdə dövlətə olan inamı daha da gücləndirmişdir. Bu yanaşma Prezidentin xalqla bir olan lider obrazını formalaşdırır.
Azərbaycan tarixinin ən parlaq və qürurverici mərhələsi Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə bağlıdır. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə milli ruhun, güclü ordunun və qətiyyətli siyasi iradənin nəticəsi oldu. İlham Əliyev bu müharibədə təkcə hərbi rəhbər deyil, eyni zamanda informasiya və diplomatik müstəvidə də Azərbaycanın haqq səsini dünyaya çatdıran lider kimi çıxış etdi. Torpaqlarımızın azad edilməsi ilə tarixi ədalət bərpa olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Qələbədən sonrakı dövrdə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin davamıdır. Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yeni şəhər və kəndlər, hava limanları, avtomobil və dəmir yolları, sosial və mədəni obyektlər bu bölgələrin qısa müddətdə inkişaf edəcəyini göstərir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın gələcəyə yönəlik inkişaf modelinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin fəaliyyətində milli birlik və həmrəylik ideyası xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü mühüm ictimai-siyasi məna kəsb edir. Bu gün bütün dünyada yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirən, milli kimliyimizi və vətən sevgimizi təcəssüm etdirən əlamətdar tarixdir. Prezident İlham Əliyevin diaspor siyasəti nəticəsində xaricdə yaşayan soydaşlarımız daha təşkilatlanmış, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında daha fəal mövqe tutmuşlar.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü xüsusilə Vətən müharibəsi dövründə öz real gücünü nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid mövqedən çıxış etməsi, milli maraqlar naminə bir yumruq kimi birləşməsi Prezident İlham Əliyevin milli ideologiyasının və liderlik siyasətinin məntiqi nəticəsi idi. Bu həmrəylik bu gün də Azərbaycan dövlətinin güc mənbələrindən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin balanslı və prinsipial xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır. Azərbaycan bu gün regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Dövlət başçısının qətiyyətli mövqeyi və diplomatik bacarığı ölkəmizin milli maraqlarını etibarlı şəkildə qoruyur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan dövlətinin inkişafı naminə şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy Sizin rəhbərliyiniz altında müstəqil Azərbaycan daha da güclənsin, dünya azərbaycanlılarının birliyi əbədi olsun!
Mehman Qəhrəmanov
AAYDA























































