Menu
Xəbər Lenti
“Napoli” qalib oldu
Bugün, 05:27

“Napoli” qalib oldu

Sabah hava necə olacaq?
Dünən, 10:01

Sabah hava necə olacaq?

23 Dekabr 2025 08:49Manşet / Gündəm

Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müasir Azərbaycan tarixində silinməz iz qoymuş qüdrətli siyasi liderdir. Onun rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, qlobal miqyasda da söz və nüfuz sahibinə çevrilmiş, milli maraqların qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar qazanmışdır. İlham Əliyevin fəaliyyəti müstəqil Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə, xalq–iqtidar birliyinin möhkəmlənməsinə xidmət edir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Bu kursun mərkəzində güclü dövlət, güclü iqtisadiyyat və rifahlı cəmiyyət dayanır. Enerji strategiyası, nəqliyyat-logistika layihələri, qeyri-neft sektorunun inkişafı ölkəmizin iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan bu gün etibarlı tərəfdaş, sözünə və imzasına sadiq dövlət kimi tanınır.

Prezident İlham Əliyevin sosial siyasəti insan amilinə əsaslanır. Əhalinin sosial rifahının yüksəldilməsi, minimum əməkhaqqı və pensiyaların artırılması, yeni iş yerlərinin açılması, regionların hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətləridir. Xüsusilə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı Prezidentin xalqına olan dərin hörmətinin və məsuliyyətinin təzahürüdür. Bu siyasət cəmiyyətdə sosial ədalətin və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə bağlıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xalqımızın milli qürurunu bərpa etdi, ərazi bütövlüyümüz təmin olundu. Bu Qələbə təkcə hərbi gücün deyil, siyasi iradənin, diplomatik ustalığın və xalq–lider birliyinin nəticəsi idi. İlham Əliyev bu tarixi prosesdə xalqla bir olan, onun səsini dünyaya çatdıran Müzəffər Ali Baş Komandan kimi tarixə düşdü.

Qələbədən sonra azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Prezidentin strateji baxışını bir daha nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yeni yolların, hava limanlarının, sosial və mədəni obyektlərin inşası bu torpaqlara həyatın qayıdışını təmin edir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı milli ədalətin və tarixi haqqın bərpasıdır.

Prezident İlham Əliyevin xüsusi önəm verdiyi məsələlərdən biri də milli birlik və həmrəylikdir. Bu baxımdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xüsusi məna daşıyır. Bu gün bütün dünyaya səpələnmiş milyonlarla azərbaycanlını bir amal ətrafında birləşdirən, milli kimliyimizi və birliyimizi təcəssüm etdirən əlamətdar tarixdir. Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsini, diaspor təşkilatlarının gücləndirilməsini dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyən etmişdir. Bu siyasət nəticəsində dünya azərbaycanlıları daha sıx birləşmiş, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü həm də Prezident İlham Əliyevin təbliğ etdiyi milli ideologiyanın – güclü Azərbaycan, vahid xalq anlayışının təntənəsidir. Bu həmrəylik Vətən müharibəsi zamanı özünü ən yüksək səviyyədə göstərdi və bir daha sübut etdi ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyi Vətənlə döyünür.

Prezident İlham Əliyevin balanslı və prinsipial xarici siyasəti, daxili sabitliyi qoruyan qətiyyətli idarəetməsi, milli maraqlara söykənən mövqeyi onu xalqın etimadını doğruldan lider kimi tanıdır. Bu gün Azərbaycan gələcəyə böyük inamla addımlayır və bu yolun başında güclü siyasi iradə dayanır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy Sizin rəhbərliyiniz altında Azərbaycan daha da güclənsin, dünya azərbaycanlılarının birliyi daim sarsılmaz olsun!


Taleh Məmmədov

“Shirvan Operating Company Ltd” Şirkətinin 

Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri,

Şirvan şəhəri Yeni Azərbaycan Partiyası Ərazi Partiya Təşkilatının sədri