İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov: Prezident İlham Əliyev – Dövlətçilik, təhsil, mədəniyyət və milli həmrəyliyin təminatçısı
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müasir Azərbaycan tarixində qətiyyətli liderliyi, uzaqgörən siyasəti və xalqına sədaqəti ilə seçilən görkəmli dövlət xadimidir. Onun rəhbərliyi ilə Azərbaycan yalnız siyasi və iqtisadi sahədə deyil, eyni zamanda təhsil, elm, mədəniyyət və milli dəyərlərin qorunması istiqamətində də böyük inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin fəaliyyəti güclü dövlət–savodlu cəmiyyət–parlaq gələcək konsepsiyasına əsaslanır.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətçilik modeli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi kursun əsas məqsədi müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi gücün artırılması və insan kapitalının inkişafıdır. Məhz bu baxımdan təhsil sahəsi Prezident İlham Əliyevin daim xüsusi diqqət mərkəzində saxladığı prioritet istiqamətlərdən biridir. Son illərdə ölkə üzrə yüzlərlə yeni məktəb binasının inşa edilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi dövlətin təhsilə verdiyi önəmin bariz göstəricisidir.
Prezident İlham Əliyevin təhsil siyasəti yalnız infrastrukturla məhdudlaşmır. Təhsilin keyfiyyətinin artırılması, müəllimlərin sosial rifahının yaxşılaşdırılması, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi əsas hədəflərdən biridir. Xaricdə təhsil proqramları, ali məktəblərin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmləndirilməsi, rəqəmsal təhsil layihələri gənc nəslin rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasına xidmət edir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, təhsil hər bir dövlətin gələcəyini müəyyən edən əsas amildir.
Prezident İlham Əliyevin daxili siyasətində sosial rifah, hüquq-mühafizə sisteminin gücləndirilməsi və milli birlik mühüm yer tutur. Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi altında peşəkar və vətəndaş yönümlü qurumlar kimi formalaşmışdır. İctimai asayişin qorunması, gənclərin təhlükəsiz mühitdə təhsil alması, məktəb və universitetlərdə sağlam mənəvi mühitin yaradılması dövlət siyasətinin ayrılmaz hissəsidir.
Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə bağlıdır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə yalnız hərbi uğur deyil, eyni zamanda milli şüurun, savadlı və vətənpərvər gəncliyin formalaşmasının nəticəsi idi. Bu Zəfər sübut etdi ki, təhsil almış, milli ruhda yetişmiş gənclər dövlətin ən böyük gücüdür.
Qələbədən sonra azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri təhsil sahəsini də əhatə edir. Qarabağ və Şərqi Zəngəzurda yeni məktəblərin, peşə və ali təhsil müəssisələrinin inşası, gənclərin doğma torpaqlarda elm və biliklə yetişməsi Prezident İlham Əliyevin gələcəyə yönəlmiş strateji baxışının göstəricisidir. Bu yanaşma həm sosial, həm də intellektual inkişafın əsasını təşkil edir.
Prezident İlham Əliyevin siyasətində milli birlik və həmrəylik xüsusi yer tutur. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bu ideyanın rəmzidir. Bu gün bütün dünyada yaşayan azərbaycanlıları vahid amal – güclü, savadlı və mədəni Azərbaycan naminə birləşdirir. Xaricdə yaşayan soydaşlarımızın elm, təhsil və mədəniyyət sahəsində qazandığı uğurlar Azərbaycanın beynəlxalq imicinə mühüm töhfə verir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vətən müharibəsi dövründə də öz real gücünü göstərdi. Xaricdə yaşayan azərbaycanlı tələbələr, alimlər və ziyalılar ölkəmizin haqq səsini dünyaya çatdıraraq milli həmrəyliyin intellektual gücünü nümayiş etdirdilər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, təhsilimizin, elmimizin və gəncliyimizin inkişafı naminə apardığı şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy Sizin rəhbərliyiniz altında müstəqil Azərbaycan daha da güclənsin, savadlı gənclik və dünya azərbaycanlılarının birliyi ölkəmizin gələcəyini daim işıqlı etsin!





















































