Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Ruslan Eldaroğlu: Amnistiya aktının qəbulu siyasi müdrikliyin və sosial humanizmin bariz nümunəsidir.
Amnistiya aktı Azərbaycan Respublikasında humanist hüquq siyasətinin mühüm tərkib hissəsi olmaqla, dövlətin ədalət, mərhəmət və sosial məsuliyyət prinsiplərinə sadiqliyini ifadə edir. Bu institut təkcə cəza siyasətinin yumşaldılması deyil, eyni zamanda hüquqi islahatların, ictimai barışın və sosial reinteqrasiyanın vacib mexanizmidir.
Bunu Arhd.az-a açıqlamasında dövlət qulluqçusu, jurnalist Ruslan Eldaroğlu deyib. Onun sözlərinə görə, bu kimi aktlarının qəbulu siyasi baxımdan dövlətin güclü və eyni zamanda humanist idarəçilik modelini nümayiş etdirir.
“Bu həm də dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə, hüquqi sistemə inamın artırılmasına və sosial gərginliyin azalmasına xidmət edir. Siyasi müstəvidə bu addım cəmiyyətə mesaj verir ki, dövlət yalnız cəzalandıran deyil, eyni zamanda islah edən və bağışlayan institutdur”.
Sosial aspektdə amnistiya aktının təsiri xüsusilə genişdir. Minlərlə ailənin birləşməsi, azadlığa buraxılan şəxslərin cəmiyyətə qaytarılması sosial sabitliyin möhkəmlənməsinə müsbət təsir göstərir. Cəzaçəkmə müəssisələrində sıxlığın azalması, dövlət xərclərinin optimallaşdırılması da bu prosesin dolayı nəticələrindəndir.
Ən mühüm məqam isə azadlığa çıxan şəxslərin sosial adaptasiyasıdır. Amnistiya aktı onlara ikinci şans verir, cəmiyyətə faydalı fərd kimi qayıtmaq imkanı yaradır. Bu isə həm sosial ədalət anlayışını gücləndirir, həm də gələcəkdə təkrar cinayətlərin qarşısının alınmasına xidmət edir.























































