ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
Bu gün Azərbaycanda idman sahəsində əldə olunan uğurlar ardıcıl dövlət siyasətinin, yüksək diqqət və qayğının real nəticəsidir. İdmanın inkişafı, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir və bu istiqamətdə görülən işlər konkret nailiyyətlərlə özünü göstərir.
İdman sahəsində formalaşan bu sistemli və məqsədyönlü yanaşmada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın köməkçisi Yusif Məmmədəliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Onun idmana göstərdiyi diqqət, təşəbbüskarlıq və məsuliyyətli mövqeyi idman mühitində peşəkarlığın güclənməsinə, koordinasiyalı fəaliyyətin qurulmasına və sağlam idarəetmə mexanizmlərinin formalaşmasına mühüm töhfə verir.
Xüsusilə vurğulanmalıdır ki, beynəlxalq arenada əldə olunan uğurlar bu dövlət qayğısının bariz nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəvəsi Əminə Əliyevanın İtaliyada keçirilən Dünya Çempionatında çempion olması Azərbaycan idmanının gücünü, gəncliyimizin potensialını və milli ruhunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qələbə həm də Azərbaycanda idmana göstərilən diqqətin, düzgün qurulmuş strategiyanın və davamlı dəstəyin təntənəsidir.
Eyni zamanda idman sahəsinin inkişafında ictimai və şəxsi təşəbbüslər də mühüm rol oynayır. Emin Ağalarovun idmana göstərdiyi diqqət, təşəbbüs və qayğı bu sahənin daha da canlanmasına, idmanın cəmiyyət həyatında daha geniş yer tutmasına əlavə stimul verir.
Bütün bu proseslərin mərkəzində isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın idman və gənclər sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı dayanır. Onun himayəsi altında həyata keçirilən layihələr Azərbaycan idmanının beynəlxalq nüfuzunun artmasında, gənclərin sağlam və məqsədyönlü formalaşmasında mühüm rol oynayır.
Məhz bu yüksək dövlət diqqəti və etimad fonunda "Arhd.Az" saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalov Oktay oğlunun Azərbaycan Respublikası Çin Döyüş Növləri Assosiasiyası – Kung-Fu Federasiyasına hüquq eksperti vəzifəsinə rəsmi təyinat alması xüsusi əhəmiyyət daşıyır. Bu təyinat hüquq, idarəçilik və idman sahələrinin bir nöqtədə vəhdət tapmasının real nümunəsidir.
İsmail Zalov müsahibə zamanı bildirib ki, bu etimadı böyük məsuliyyət kimi qəbul edir və fəaliyyətini məhz bu prinsiplər üzərində qurur. O qeyd edib ki, "Arhd.Az" saytının rəhbəri və hüquq üzrə fəlsəfə doktoru kimi geniş iş yükünə baxmayaraq, bu heç vaxt onun Vətəninə və dövlətinə xidmət etməsinə mane olmayıb. Əksinə, bütün fəaliyyəti boyunca əsas məqsədi Azərbaycanı layiqincə təmsil etmək olub.
O həmçinin vurğulayıb ki, federasiyanın əsas fəaliyyət istiqamətlərindən biri idman sahəsində dövlət qurumları ilə sıx əlaqələrin qurulmasıdır. Bu baxımdan Gənclər və İdman naziri cənab Fərid Qayıbov ilə xüsusi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı Kung-Fu Federasiyasının prioritet istiqamətlərindən biridir və bu əməkdaşlıq federasiyanın davamlı inkişafına xidmət edəcəkdir.
Müsahibənin sonunda İsmail Zalov xüsusi olaraq qeyd edib:
“Bundan sonra da çalışacağam ki, xüsusilə Avropada Azərbaycan idmanını, eyni zamanda dövlətimizi layiqincə təmsil edim. Bu, mənim üçün həm peşəkar, həm də vətəndaşlıq borcudur.”
İsmail Zalovun sözlərinə görə, Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı elan edilməsi Azərbaycan idmanına olan beynəlxalq etimadın göstəricisidir.
“Arhd.Az”saytının Türkiyə üzrə rəsmi nümayəndəsi Hüquqşünas, Yazıçı






























































