GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Müəllim” sözünü düzgün yaza bilməyənlərlə sağollaşmışıq” - Emin Əmrullayev
“İnanıram ki, son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şəkildə artıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, sözügedən məsələ həm diaqnostika, həm sertifikatlaşdırma prosesində, həm də işə qəbul olan müəllimlərin keyfiyyətində görünür:
“Bizim yüzlərlə dil və ədəbiyyat, riyaziyyat, tarix, biologiya müəllimimiz var ki, onlar qəbul imtahanlarında 500-dən çox bal toplayıblar. Bu da o deməkdir ki, bizim gələcək müəllimlərimizin diplomları yerindədir, saxta deyil. Çünki saxta diplomlu, “müəllim” sözünü düzgün yaza bilməyən müəllimlərdən danışırdıq ki, artıq onlarla da artıq sağollaşmışıq”.
O bildirib ki, indi daha rəqabətli bir iş yerindən danışılır:
“Məsələn, hazırda Bakıda bir müəllim yeri üçün bir neçə yüz nəfər namizəd yarışır və yalnız biri seçilirsə, bu, artıq yaxşı xəbərdir. Bəli, bu, çətindir, çünki yüz nəfərdən biri seçilir, 99-u isə seçilmir. Təbii ki, uğur qazanmayanda proses bəyənilmir. Rəqabət olan yerdə inkişaf da olur”.
Nazir söyləyib ki, yeni nəsil müəllimlərin səviyyəsi sertifikatlaşdırma nəticələrində də görünür:
“Son 5 ildə işə qəbul olunan müəllimlərin imtahandakı orta nəticəsi 25 il və daha çox pedaqoji stajı olan müəllimlərin orta nəticəsindən 2,5 dəfə yüksək olub. Bu da nəticəni aydın şəkildə göstərir. Bu, o demək deyil ki, yaşlı müəllimlərimiz zəifdir, yox. Bu illər ərzində baş verən obyektiv səbəblər təhsilə təsir edib. Bizim keyfiyyət, işə qəbul sistemlərimiz problemli olub. Bu adamlar hələ də işləyirlər və bir qismi ilə əmək müqaviləsinə xitam vermişik. Bəziləri təkmilləşsə də, bəziləri bunu bacarmayıb. Görünən odur ki, bu sahədə daha istedadlı insanlar müəllimlik ixtisasını seçirlər”.























































