Xəbər Lenti
Dünən, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 20:05
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
17-09-2026, 13:07
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
16-09-2026, 16:32
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
16-09-2026, 10:36
Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
Bu müəllimlərin maaşı artacaq (RƏSMİ)
Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfər təhsilverənin iştirakı nəzərdə tutulur.
"Qeyd edim ki, prosesə hazırlıq yekunlaşmaq üzrədir. Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur. Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir".
O xatırladıb ki, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.























































