Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Süni intellektdən təzminat tələb etdilər
Yaponiyaya məxsus “Kyodo” xəbər agentliyi məzmununun icazəsiz şəkildə istifadə edildiyini əsas gətirərək, ABŞ-nin süni intellekt şirkəti “Perplexity AI”dən təzminat tələb edib.
“Qafqazinfo”nun məlumatına görə, “Kyodo” iddia edir ki, müxtəlif qəzet və agentliklər tərəfindən hazırlanmış xəbərlər “47 News” internet saytında yayımlandıqdan sonra “Perplexity AI” tərəfindən istifadəçilərə cavablar təqdim edən süni intellekt sistemində icazəsiz olaraq götürülüb.
Bildirilir ki, “Perplexity AI” 2024-cü ilin avqustundan etibarən xəbər saytına yüz minlərlə dəfə giriş edib və bu hərəkət açıq-aşkar “müəllif hüququ pozuntusu” hesab olunur. “Kyodo” “Perplexity AI”nin qurumun etibarına və marka dəyərinə zərər vurduğunu bildirib.
Agentlik tələb edir ki, “Perplexity AI” dərhal bu pozuntulara son qoysun, icazəsiz istifadə nəticəsində yaranan zərəri ödəsin və məzmunların hansı üsulla toplandığına dair açıqlama versin. Əks təqdirdə, hüquqi proses başlanacaq.
“Kyodo” ilə yanaşı, agentliyin xəbər abunəsi olan “Mainichi” və “Sankei Shimbun” qəzetləri də “Perplexity AI”yə oxşar protest məktubları göndərib.
Yaponiyanın “Nikkei” və “Asahi Shimbun” qəzetləri isə avqust ayında ümumilikdə 30 milyon dollar dəyərində təzminat iddiası qaldırdıqlarını açıqlayıblar.
Qeyd edək ki, ABŞ-nin aparıcı qəzetlərindən “The New York Times” da 27 dekabr 2023-cü ildə süni intellekt texnologiyalarının icazəsiz istifadəsi və müəllif hüququ pozuntusu iddiası ilə “OpenAI” və “Microsoft”a qarşı məhkəmə iddiası qaldırmışdı.






















































