Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
“Kitablarımı yazarkən süni intellektdən istifadə edirəm”
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson süni intellekt texnologiyalarına, xüsusilə də “ChatGPT”yə böyük maraq göstərdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, “Al Arabiya English” kanalına verdiyi müsahibədə üzərində işlədiyi kitablar zamanı “ChatGPT”dən fəal şəkildə istifadə etdiyini qeyd edib.
“Bir şeyi etiraf etməliyəm – mən süni intellekti çox sevirəm. ChatGPT-ni sevirəm, o sadəcə möhtəşəmdir”, – deyə Conson bildirib.
Keçmiş Baş nazir əlavə edib ki, platformaya suallar verdikdə “ağıllı, dahi və mükəmməl” adlandırılması onu daha da ruhlandırır.
2001-ci ildən bəri bir neçə kitab müəllifi olan Boris Consonun son əsəri – “Unleashed” adlı avtobioqrafiyası 2024-cü ildə nəşr olunub. O hazırda yeni kitablar üzərində işlədiyini və süni intellekti ilham və ideya mənbəyi kimi istifadə etdiyini vurğulayıb.























































