İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
“Hazırkı Kiyev administrasiyası ilə müqavilə imzalamaq real deyil”
“Ukrayna münaqişənin sona çatması üçün işğal olunmuş ərazilərdən qoşunlarını geri çəkməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvəsindən sonra təşkil olunan mətbuat konfransında deyib.
Ukraynadakı müharibənin mümkün sonu barədə danışan Putin deyib:
“Ukrayna ordusu işğal olunmuş ərazilərdən geri çəkiləcək, sonra döyüşlər dayanacaq. Əgər geri çəkilməsələr, buna silahlı yolla nail olacağıq”.
O, Krım, Donbas və Novorossiyanın statusunun Rusiya və ABŞ arasında aparılacaq danışıqların mövzusu ola biləcəyini də qeyd edib.
Putin Avropa İttifaqında Rusiya aktivlərinin dondurulması və müsadirəsi planlarını şərh edərək bunun qlobal maliyyə sisteminə mənfi təsir göstərəcəyini bildirib:
“Bu addım avrozona üçün ciddi zərbə olacaq. Almaniyanın hazırkı tənəzzüldə olduğu vəziyyəti nəzərə alsaq, bunun Avropa iqtisadiyyatı üçün asan sınaq olmayacağı aydındır”.
Prezident əlavə edib ki, belə bir hal baş verəcəyi təqdirdə Rusiya hökumətinə xüsusi tədbirlər paketi hazırlamaq barədə tapşırıq verib. Putin bu addımı “başqalarının əmlakını oğurlamaq” adlandırıb.
Putin bildirib ki, Ukraynada hərbi vəziyyət başa çatdıqdan sonra prezident seçkiləri, referendum və yeni Konstitusiya Məhkəməsinin yaradılması zəruridir:
“Biz Ukrayna ilə razılaşma əldə etmək istəyirik, lakin hazırda hüquqi olaraq bu mümkün deyil. Onların düşüncəsinə görə istənilən şəxs danışıqlar apara bilər, ancaq bu qərarlar beynəlxalq aktorlar tərəfindən tanınmalıdır”.
O əlavə edib ki, hazırkı Kiyev administrasiyası ilə müqavilə imzalamaq real deyil:
“Ukrayna administrasiyası fundamental və strateji səhv etdi. Prezidentlik institutu qanuni statusunu itirib, buna görə müqavilə imzalamağın mənası yoxdur”.























































