Pirallahı rayonu 9 saylı “Yol İstismarı” MMC-nin direktoru Natiq İsmayılov: "Pirallahının yol strateji uğurlarının memarı"
Pirallahı rayonu 9 saylı “Yol İstismarı” MMC-nin direktoru Natiq İsmayılov hər zaman peşəkarlığın, prinsipiallığın və şəffaf idarəçiliyin tərəfdarı olub. O, rəhbərlik etdiyi 9 saylı “Yol İstismarı” MMC-də bütün iş proseslərinin sistemli şəkildə təşkil edilməsinə, texniki təhlükəsizliyin təmin olunmasına, işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi önəm verir. Onun rəhbərliyi altında Pirallahı rayonunun yol infrastrukturunda həyata keçirilən təmir-bərpa, asfaltlama, qış və yay mövsümünə hazırlıq, yol nişanlarının yenilənməsi kimi mühüm işlər yüksək keyfiyyətlə icra olunur. Bu fəaliyyətin nəticəsi olaraq rayon yollarında təhlükəsizlik artır, nəqliyyatın hərəkəti daha rahat və təhlükəsiz şəkildə təmin edilir.
Natiq müəllim təkcə bir idarə rəhbəri kimi deyil, həm də vətəndaş mövqeyi, dövlət maraqlarına sadiqliyi ilə seçilən bir insandır. O, Prezident cənab İlham Əliyevin yol infrastrukturu ilə bağlı müəyyən etdiyi inkişaf strategiyasını dərindən mənimsəyərək onu gündəlik fəaliyyətində əsas prinsip kimi qəbul edib. Dövlətin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin yerli səviyyədə uğurla icra olunmasında böyük pay sahibi olan Natiq İsmayılov, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində və rəhbərliyin tapşırıqlarını hər zaman maksimum məsuliyyət göstərir.
Onun rəhbərliyi ilə idarədə formalaşmış kollektivdə yüksək iş mədəniyyəti, intizam və komanda ruhu hökm sürür. İşçilərin problemlərinə həssas yanaşması, onların sosial rifahına diqqət yetirməsi Natiq İsmayılovu kollektivin həm sevdiyi, həm də dəyər verdiyi bir rəhbərə çevirib. O, daim işçilərin təhlükəsizliyinin qorunması, onların əmək şəraitinin yaxşılaşdırılması və peşə biliklərinin təkmilləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Bu da öz növbəsində idarənin ümumi iş keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Rayonda yaşayan sakinlər də Natiq İsmayılovun fəaliyyətini yüksək qiymətləndirirlər. Çünki o, hər zaman əhalinin müraciətlərinə diqqətlə yanaşır, yolların təmir-tikinti işlərində və küçələrin abadlaşdırılmasında sakinlərin rahatlığını əsas meyar kimi götürür. Onun təşəbbüsü ilə təmir edilmiş yollar, yenilənmiş səkilər və quraşdırılmış yol göstəriciləri Pirallahıda həyat keyfiyyətinin yüksəlməsinə mühüm təsir göstərir.
Natiq müəllimin dövlətə sədaqəti və vətənpərvərlik duyğusu onun şəxsi keyfiyyətlərində özünü açıq şəkildə göstərir. O, hər zaman dövlətçiliyin möhkəmlənməsi, ictimai sabitliyin qorunması və vətəndaşların rifahının yaxşılaşdırılması naminə xidmət etməyi özünün mənəvi borcu hesab edir. Dövlətin siyasətinə və rəhbərliyin müəyyən etdiyi kursa olan sarsılmaz inamı onun fəaliyyətində əsas məqsəd kimi dayanır. Bu baxımdan, “dövlətə sədaqət andı” ifadəsi Natiq İsmayılovun həyat kredosunu ən dəqiq xarakterizə edən sözlərdir.
Eyni zamanda, Natiq İsmayılov şəhid ailələrinə, qazilərə və sosial həssas kateqoriyadan olan insanlara diqqət və qayğı göstərən rəhbərlərdən biridir. O, bu sahədə hər zaman dövlət siyasətinə uyğun olaraq humanist addımlar atır, sosial dəstəyə ehtiyacı olan ailələrlə mütəmadi əlaqədə olur. Onun bu davranışı həm kollektivdə, həm də ictimaiyyət arasında böyük hörmət qazanmasına səbəb olub.
Ümumiyyətlə, Pirallahı rayonu 9 saylı “Yol İstismarı” MMC-nin direktoru Natiq İsmayılovun fəaliyyəti və şəxsi keyfiyyətləri onun peşəkarlığını, idarəçilik bacarığını və dövlətə olan sədaqətini bariz şəkildə göstərir. Onun rəhbərliyi ilə görülən işlər Pirallahı rayonunun inkişafına, yol infrastrukturunun daha da möhkəmlənməsinə xidmət edir. Natiq müəllim kimi rəhbərlərin fəaliyyəti ölkəmizin ümumi tərəqqisinə töhfə verməklə yanaşı, dövlətimizin inkişaf strategiyasının uğurla reallaşmasına da şərait yaradır.
Natiq İsmayılov – peşəsinin ustası, işində prinsipial, insanlara qayğıkeş, dövlətinə sədaqətli bir rəhbərdir. Onun fəaliyyəti nümunə göstərilməli bir yol, dövlətə xidmətin, vətənə bağlılığın ən parlaq ifadəsidir.
Mehri Nur
Xüsusi müxbir






















































