Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Sumqayıt Şəhər Uşaq Xəstəxanasında Biabırçı Mənzərə – Valideynlərin narahatlığı artır
Sumqayıt Şəhər Uşaq Xəstəxanası haqqında redaksiyamıza daxil olan məlumatlar dərin narahatlıq doğurur. Xəstəxananın həyətinə daxil olan kimi insanın diqqətini çəkən xoşagəlməz mənzərə, əslində, tibb müəssisəsində yol verilməməli ciddi məsuliyyətsizliyin bariz nümunəsidir. Həyətdə sadəcə tibbi tullantıların və ya texniki nasazlıqların deyil, açıq şəkildə zivədən asılan həkim formalarının görünməsi artıq tibbi mədəniyyət və peşə etikası baxımından ciddi problemin olduğunu göstərir. Bu cür davranış nə səhiyyə müəssisəsinin adına, nə də orada çalışan personalın peşəkarlığına yaraşır.
Həkim uniforması steril qaydada saxlanılmalı, xüsusi otaqlarda yuyulmalı və dezinfeksiya edilməlidir. Lakin zivədə asılmış, günün tozunu, kənar çirkləri üzərinə yığan formanın xəstəxananın həyətində nümayiş olunması sadəcə mədəniyyətsizlik deyil, həm də uşaq sağlamlığı üçün potensial təhlükədir. Axı burada müalicə alanlar məhz həssas immunitetə malik körpələrdir. Onların sağlamlığına təhlükə yarada biləcək hər hansı məsuliyyətsizlik qətiyyən yolverilməzdir.
Xəstəxananın giriş hissəsindəki trafik-çaplı tablo isə başqa bir faciəvi mənzərəni ortaya qoyur. Çoxdan yenilənməyən, tamamilə oxunmaz hala düşmüş bu tablo, xəstəxanaya daxil olan vətəndaşda ilk saniyədən etinasızlıq təəssüratı yaradır. Tibb müəssisəsinin girişindəki bütün məlumatlar tam aydın, oxunaqlı, səliqəli və vətəndaşlara yönləndirici olmalıdır. Əgər bir xəstəxananın çöl görünüşü bu vəziyyətdədirsə, içəridəki şəraitin hansı durumda olduğu barədə haqlı suallar yaranır.
Bu həkim formalarının həyətə asılması və informasiya lövhəsinin bərbad vəziyyətdə olması, tibb müəssisəsində həm idarəetmənin, həm də daxili nəzarətin zəif olduğunu göstərir. Burada əsas məsuliyyət xəstəxana rəhbərliyinin üzərinə düşür. Xəstəxananın daxilində gigiyena, sterillik, texniki vəziyyət və personalın davranış qaydaları ilə bağlı problemlər varsa, bu, artıq ayrıca yoxlanılmalı və operativ şəkildə tədbirlər görülməlidir.
Redaksiyamız tərəfindən araşdırmalar davam etdirilir. Xəstəxananın daxili şəraiti, xidmət səviyyəsi, sanitar-gigiyenik vəziyyəti və rəhbərliyin məsuliyyəti ilə bağlı daha geniş məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Məqsədimiz tənqid etmək deyil, uşaqların sağlamlığının təhlükəyə atılmaması üçün məsul qurumları məsələni araşdırmağa və lazımi tədbirlər görməyə səsləməkdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xezertv.info





























































