Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Azərbaycanın Milli Kibertəhlükəsizlik Mərkəzinin komandasından “ARMYTHON” beynəlxalq müsabiqəsində - Tarixi uğur
Noyabr ayının 20-də İordaniyada müxtəlif dövlətlərin silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində “ARMYTHON” beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi “ARMYTHON” müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışması hesab olunur. Yarışma zamanı iştirakçılardan mürəkkəb kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi kriptoqrafiya üzrə müasir çağrışlara uyğun tapşırıqların həlli sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.
Azərbaycan beynəlxalq “ARMYTHON” müsabiqəsində 2 komanda ilə təmsil olunmuş və həmin komandalar yüksək nəticə əldə ediblər. Onlardan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası beynəlxalq rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülüb, respublikamızın digər aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət “Iron Fist” yığma komandası isə 6-cı yerə yüksəlib.
Bu nailiyyət ölkəmizin kibertəhlükəsizlik potensialının nə dərəcədə artdığını və milli kadrlarmızın qlobal səviyyədə rəqabət qabiliyyətini bir daha təsdiqləyir.


























































