Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
“Binadan 60 ailə təxliyə olunub” - İcra başçısı
“Hadisə bu gün səhər saatlarında baş verib. 60 mənzilli, 6 bloklu 5 mərtəbəli binadır. İkinci blokun birinci mərtəbəsində döşəmə çöküb və 3 nəfər yüngül xəsarət alıb”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətini başçısı Məhərrəm Quliyev deyib.
O bildirib ki, səhər saatlarından rayonun bütün rəhbər şəxsləri, Fövqəladə Hallar Komissiyası, hüquq-mühafizə orqanları ərazidədir:
“Dərhal hadisə nəzarətə götürülüb. Binadan 60 ailə təxliyə olunub. Onlar üçün qida və isti yer təşkil olunub. Binanın çökmə səbəbi görünür ki, mərtəbənin bünövrəsindən qaynaqlanan problemdir. Bu barədə ilkin nəsə deyə bilmərik. Komissiya iş aparır”.
M.Quliyev xəsarət alanların vəziyyətinin yaxşı olduğunu bildirib:
“Hadisə ilə bağlı FHN və Nazirlər Kabinetinə rəsmi məlumat verilib. İnsanlar evukuasiya olunub. Xəsarət alan 3 nəfərin isə hazırda vəziyyəti yaxşıdır. Onlara ilkin tibbi yardım göstərilib. Həmçinin bu istiqamətdə orada yaşayan insanların hesabatı aparılır”.
İcra başçısı evakuasiya olanların bu gün evinə qayıda bilməyəcəyini deyib:
“Binada daimi və kirayə yaşayan şəxslər var. Hər birinin hesabatı götürülüb. Bundan sonrakı mərhələdə Nazirlər Kabinetinin və Fövqəladə Hallar Nazirliyinin qərarına uyğun insanların sonrakı vəziyyəti ilə bağlı qərar qəbul olunacaq. Ümumi vəziyyət nəzarətdədir. Hər hansı narahatlıq yoxdur. Çox güman bu gün orada yaşayan insanlar müvəqqəti olaraq evinə qayıda bilməyəcək. Bəzilərinin yaxın qohumları varsa köçürüləcək. Yoxdursa, dövlət vətəndaşının yanındadır”.






















































