Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Lukoyl” ABŞ-dən möhlət istədi
Rusiyanın “Lukoyl” şirkəti ona qarşı tətbiq edilən sanksiyalar fonunda ABŞ Maliyyə Nazirliyinə müraciət edib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, müraciət sanksiyaların tətbiqindən sonra əməliyyatların tamamlanması üçün müəyyən edilmiş son müddətin uzadılması ilə bağlıdır.
“Lukoyl” müraciətində əməliyyatların tamamlanmasının təxirə salınmasını istəyir, çünki şirkətə öhdəliklərini yerinə yetirmək, həmçinin aktivləri ilə bağlı təklifləri nəzərdən keçirmək üçün daha çox vaxt lazımdır.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir. Sanksiyalar paketinə salındıqdan sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.























































