Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
İsmayıl Zalov Avropa Parlamentində Azərbaycan dövlətinin mövqeyini yüksək səviyyədə müdafiə etdi
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsində hüquq sahəsində tanınmış mütəxəssislərimizin fəaliyyəti mühüm rol oynayır. ARHD.AZ saytının rəhbəri, Beynəlxalq Hüquq Eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun Avropa Parlamentində rəsmi şəkildə iştirakı da bu istiqamətdə atılmış mühüm addımlardan biridir.
Tədbir zamanı İsmayıl Zalov Azərbaycanın milli maraqlarını, ədalətli mövqeyini və regionda sülhün bərqərar olunması istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin hüquqi əsaslarını yüksək səviyyədə müdafiə edib. O, Avropa parlamentariləri qarşısında çıxış edərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ətraflı şəkildə izah edib, ölkəmizin ədalətli və sülhsevər siyasətinin mahiyyətini diqqətə çatdırıb.
Çıxışı zamanı doktor Zalov Ermənistanın uzun illər boyu həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrini, eyni zamanda, Azərbaycanın 30 illik ədalətsizliyə son qoyaraq beynəlxalq hüquqa uyğun şəkildə ərazi bütövlüyünü bərpa etdiyini əsaslı faktlarla ifadə edib. Onun fikirləri Avropa Parlamentində iştirak edən beynəlxalq nümayəndələr tərəfindən böyük maraqla qarşılanıb.
İsmayıl Zalovun bu uğurlu çıxışı bir daha göstərdi ki, Azərbaycan hüquq elminin nümayəndələri beynəlxalq arenada ölkəmizin maraqlarını peşəkarcasına müdafiə etmək gücünə və biliyinə malikdirlər. Bu, həm də Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdırmaq, həqiqətlərimizi faktlara söykənərək izah etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
ARHD.AZ kollektivi adından hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovu bu mühüm və məsuliyyətli missiyasını uğurla yerinə yetirdiyinə görə təbrik edir, gələcək fəaliyyətində ona yeni nailiyyətlər arzulayırıq.
Xüsusi müxbir: Ramil Abışov























































