Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Zəlzələ gecəsi İstanbul... - Fotolar
Türkiyənin İstanbul şəhərində güclü leysan yağıb.
“Qafqazinfo” xəbər verir ki, bir çox rayonlarda yağışa hazır olmayan vətəndaşlar çətin anlar yaşayıb, İstanbul Hava Limanında isə təyyarələrin havada dövr etmək məcburiyyətində qaldığı bildirilib.
Meteorologiya Ümumi İdarəsi İstanbul üçün “sarı kod” xəbərdarlığı verərək ani daşqın, su basması, ildırım və nəqliyyatın pozulması kimi risklər barədə vətəndaşları diqqətli olmağa çağırıb.
Axşam saatlarından etibarən xüsusilə şəhərin Avropa hissəsində yağış və güclü külək təsirini artırıb. Şəhərin bir çox yerində nəqliyyat sıxlığı yaranıb, avtomobillər hərəkətdə çətinlik çəkib.
İşdən evinə dönmək istəyən vətəndaşlar da yağış və külək səbəbilə piyada hərəkət etməkdə çətinlik çəkiblər.
Qeyd edək ki, gecə saatlarında Balıkesirdə 6,1 bal gücündə zəlzələ olub. Zəlzələ istanbulda da hiss edilib.































































