Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“İstanbul buna dözə bilməz!” - Ərdoğan
“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur”.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb:
“Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik. 13 saniyə davam edən zəlzələ nəticəsində 236, o cümlədən İstanbulda 173 vətəndaşımız əsasən panika səbəbindən yüngül xəsarətlər alıb. 20 vətəndaşımızın müalicəsi hələ də davam edir.
Hansı mövqedə olmağımızdan asılı olmayaraq bizim borcumuz fəlakət qapımızı döyməmiş şəhərimizi zəlzələyə ən qısa zamanda hazır vəziyyətə gətirməkdir. İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz. Bunun üçün əl-ələ verib, birgə hərəkət etməliyik. Enerjimizi bir-birimizi yormaq üçün deyil, çatışmazlıqlarımızı tez aradan qaldırmaq üçün sərf etməliyik”.
Xatırladaq ki, aprelin 23-də İstanbulda ard-arda zəlzələlər qeydə alınıb. Zəlzələrdən ən güclüsü 6,2 maqnitudalı olub və 10 saniyə davam edib.























































