İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
“Putinin təyyarəsinə icazə verməyə hazırıq”
Bolqarıstan Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Macarıstanda keçirilməsi planlaşdırılan danışıqlara yollanması üçün öz hava məkanından istifadəsinə icazə verməyə hazırdır.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Bolqarıstanın XİN rəhbəri Georq Georgiyev açıqlayıb.
Onun sözlərinə görə, sülhə nail olmaq üçün səylər göstərildikdə, ən məntiqli addım mümkün bütün vasitələrlə bu görüşə vasitəçilik etməkdir: “İştirakçılardan biri görüşə gələ bilmirsə, bunu necə təşkil etməyi düşünürlər?”
Bununla belə, “Euractiv” portalı isə Rusiyadan Bolqarıstana belə bir müraciətin hələ daxil olmadığını vurğulayıb. Portal xatırladıb ki, Bolqarıstan Macarıstanla sərhəd olmasa da, Macarıstan və Bolqarıstan Serbiya ilə sərhədə sahibdirlər.
Xatırladaq ki, oktyabrın 16-da ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutub. Bunun ardınca, ABŞ lideri Budapeştdə tərəflər arasında görüş keçiriləcəyini bildirib. Macarıstanın Baş naziri Viktor Orban isə həmin sammitin təşkili üçün komitə yaradılmasına göstəriş verib.
Onu da bildirək ki, 2022-ci ildə Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
























































