“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub
Xezertv.info xəbər verir ki, III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) birgə təşkilatçılığı ilə şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən NAYORA-nın üzv gənclər təşkilatları və bu sahəyə marağı olan ümumilikdə 60 gənc mütəxəssis üçün “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası keçirilib.
Lektoriyanın açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Təbliğat və tədbirlər üzrə məsləhətçisi Məleykə Tağızadə çıxış edib. Şəhərsalma, dayanıqlı inkişaf, iqlimədavamlı və sağlam şəhərlərin formalaşdırılmasında gənclərin rolu, rəqəmsal həllərin tətbiqi və gələcək şəhərlərin planlaşdırılması mövzularında fikir mübadiləsi aparılıb. Panel müzakirələri zamanı iştirakçılar spikerlərə ünvanladığı suallar vasitəsilə mövzu ilə bağlı geniş məlumat alıblar və fikir mübadiləsi aparıblar.
Lektoriyanın gedişi interaktiv hissə ilə davam edib. Sessiya Milan Politexnik Universitetinin tədqiqatçısı, şəhərsalma üzrə mütəxəsis Tural Quliyevin moderatorluğu ilə baş tutub. İştirakçılar qruplar şəklində “Sağlam və Yaşıl İctimai Məkanların Dizaynı” mövzusunda konseptual layihələr üzərində işləyiblər və ideyalarını vizual təqdimatlar vasitəsilə nümayiş etdiriblər. Sessiya zamanı iştirakçılara şəhər dizaynında praktik bacarıqların inkişaf etdirilməsi, komanda işinin təşkili və innovativ yanaşmaların tətbiq imkanları təqdim edilib.































































