Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Azərbaycanın Xalq Artisti Yevgeniya Nevmerjitskaya – 60 illik səhnə yubileyi təntənə ilə qeyd olundu. VİDEO
Xezertv.info xəbər verir ki, oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında ölkəmizin teatr sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycanın xalq artisti Yevgeniya Stepanovna Nevmerjitskayanın yubileyinə və səhnə fəaliyyətinin 60 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Bu əlamətdar gün həm sənətsevərlər, həm də mədəniyyət ictimaiyyəti üçün böyük bayram ab-havasında keçib.
Tədbir məşhur aktrisanın baş rolda çıxış etdiyi “Afina axşamları” tamaşasının nümayişi ilə başlayıb. Tamaşa zamanı teatr salonunda səmimi və emosional bir mühit hökm sürüb, sənətsevərlər xalq artistinin yüksək peşəkarlıqla təqdim etdiyi obrazın dərin psixoloji çalarlarını böyük heyranlıqla izləyiblər. Tamaşadan sonra səhnədə yubiley mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, teatr xadimləri, sənət dostları, tələbələr və Yevgeniya Nevmerjitskayanın çoxsaylı pərəstişkarları iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Yakovleviç Şarovski sənətkarın Azərbaycan teatr sənətindəki misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Yevgeniya Nevmerjitskaya yarım əsrdən artıq bir dövr ərzində səhnədə yüzlərlə obraz yaradaraq teatr tariximizdə silinməz iz buraxıb:“Yevgeniya Stepanovna teatrımızın canlı salnaməsidir. O, gənc aktyorlar üçün bir məktəb, səhnə mədəniyyətinin nümunəsidir. Onun sənətə olan sevgisi və peşəsinə sədaqəti hər birimiz üçün örnəkdir.”
Tədbir çərçivəsində aktrisaya Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının buketi, xüsusi hazırlanmış yubiley kitabçası və Azərbaycan Mədəniyyət Nazirliyinin qiymətli hədiyyələri təqdim olunub. Yubiley kitabçasında xalq artistinin həyat yolu, yaradıcılıq fəaliyyəti, səhnədə yaratdığı unudulmaz obrazlar və həmkarlarının onun haqqında fikirləri əksini tapıb.
Yevgeniya Nevmerjitskaya təşəkkür nitqində bildirib ki, Azərbaycan teatrı onun evi, tamaşaçılar isə onun həyatının ayrılmaz bir parçasıdır:“Bu illər ərzində mən səhnədə yaşadım, obrazlarla nəfəs aldım. Teatr mənim ailəmdir. Bu gün burada mənə göstərilən sevgi və diqqət üçün hamınıza dərin minnətdarlığımı bildirirəm.”
Tədbirin sonunda teatr kollektivi və tamaşaçılar xalq artistini alqışlarla yola salıblar. Bu yubiley yalnız bir sənətkarın yaradıcılıq yoluna verilən dəyər deyil, həm də Azərbaycan teatr mədəniyyətinə, səhnə sənətinə göstərilən hörmətin təzahürü idi.
Yevgeniya Stepanovna Nevmerjitskaya altmış illik fəaliyyətində Azərbaycan teatrının inkişafına əvəzsiz töhfələr vermiş, bir çox tamaşalarda yadda qalan, təsirli və dərin mənalı obrazlar yaradaraq tamaşaçıların sevgisini qazanmışdır. Onun sənətə olan fədakarlığı, səhnədəki peşəkarlığı və insani keyfiyyətləri bu gün də gənc aktyorlar üçün bir məktəb rolunu oynayır.
Xalq artistini yubileyi və sənət fəaliyyətinin 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları və uzun ömür arzulayırıq.
Fərid Faiqoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü























































