Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Lyudmila Duxovnayanın 60 illik səhnə yubileyinə həsr olunmuş xatirə kitabçasının təqdimatı keçirildi
Oktyabrın 4-də “Harbour Coffee” kafesinin xoş və səmimi atmosferində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, səhnəmizin sevilən simalarından biri Lyudmila Semyonovna Duxovnayanın səhnə fəaliyyətinin 60 illik yubileyinə həsr olunmuş xatirə kitabçasının təqdimat mərasimi keçirilib.
Tədbir sənət fədaisi, ömrünün altı onilliyini teatr səhnəsinə və aktyor sənətinə həsr etmiş Lyudmila Duxovnayanın yaradıcılığına, sənətə və tamaşaçıya göstərdiyi sədaqətə dərin hörmət və minnətdarlığın ifadəsi kimi yadda qalıb.
Təqdimatda teatr rəhbərliyi, həmkarları, sənətsevərlər və media nümayəndələri iştirak ediblər. Çıxış edənlər xalq artistinin Azərbaycan teatr sənətinin inkişafında, klassik və müasir dramaturgiyanın səhnə təcəssümündə oynadığı mühüm roldan danışıblar. Bildirilib ki, Lyudmila Semyonovna səhnədə yaratdığı hər obrazla tamaşaçının yaddaşında silinməz iz qoyub, onun sənət dünyasına gətirdiyi emosional dərinlik və peşəkarlıq bir çox gənc aktyor üçün örnək olub.
Xatirə kitabçasında aktrisanın zəngin yaradıcılıq yolu, səhnədə keçdiyi parlaq həyat yolu geniş şəkildə əksini tapıb. Nəşrdə onun ilk çıxışlarından başlayaraq Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının repertuarında klassiklərə çevrilmiş ikonik rollarına qədər olan yaradıcılıq mərhələləri sənədli faktlar, fotoşəkillər və həmkarlarının xatirələri ilə təqdim olunur.
Tədbir iştirakçıları vurğulayıblar ki, bu nəşr təkcə bir sənətkarın həyatına işıq salmır, həm də bütövlükdə Azərbaycan teatr tarixinin bir hissəsini yaşadır. Lyudmila Duxovnayanın 60 illik səhnə fəaliyyəti sənətə fədakarlığın, peşəyə sədaqətin və tamaşaçı sevgisinin rəmzi kimi qiymətləndirilib.
Sonda teatr kollektivi və iştirakçılar xalq artistinə uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar. Tədbir səmimi musiqi və sənət dostlarının xoş arzuları ilə yekunlaşıb.
Xezertv.info

































































