Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Bu ölkədə prezident “yoxa çıxdı”
Madaqaskarda prezident Andri Radzuelinanın bir həftədən artıqdır ki, ictimaiyyət qarşısında görünməməsi ölkədəki siyasi qeyri-müəyyənliyi daha da artırıb. Onun harada olduğu barədə rəsmi açıqlama verilməyib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ada dövlətinin təhlükəsizlik naziri Mandimbini Ayna Randriambelo prezidentin yerinin naməlum olduğunu təsdiqləyib.
Gözləntilərə baxmayaraq, Radzuelinanın xalqa müraciəti də baş tutmayıb.
Ölkədə vəziyyətin gərginliyi əsasən ordunun müəyyən hissəsinin etirazçılara dəstək verməsindən sonra artıb. Prezidentin istefasını tələb edən nümayişçilərin tərəfinə keçən elit hərbi birliyin strateji obyektlərə nəzarəti ələ alması çevriliş ehtimalını gündəmə gətirib.
Fransanın RFI radiosu Radzuelinanın Fransa Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarə ilə əvvəlcə Mavrikiyə, daha sonra Dubaya aparıldığını iddia edir. Lakin Fransa bu xəbərləri qəti şəkildə təkzib edib.
“Fransa nə bu hadisəyə müdaxilə edib, nə də belə bir niyyəti var. Biz Madaqaskarın suverenliyinə hörmətlə yanaşırıq”, – deyə Fransanın Xarici İşlər Nazirliyi açıqlama verib.
Hazırkı vəziyyət Madaqaskarda siyasi böhranın daha da dərinləşə biləcəyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.























































