Xəbər Lenti
Bugün, 09:56
Həyat Dursunəliyeva – gələcəyin sağlam və savadlı nəslini formalaşdıran fədakar təhsil rəhbəri
Bugün, 08:35
Şirvan ŞİH-nin başçısı İlqar Abbasov – Şirvanın inkişafına xidmət edən məsuliyyətli rəhbər
Dünən, 12:13
Səhiyyədə peşəkarlıq, humanizm və idarəçilik mədəniyyətinin uğurlu ünvanı - Rəşid Vəzirov
Dünən, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Dünən, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dünən, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Dünən, 07:29
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
4-02-2026, 14:55
Quba rayonu 5 №-li Yol İstismarı MMC-nin direktoru Paşa Abdullayev-Yol quruculuğunda məsuliyyət, sədaqət və peşəkarlıq nümunəsi
4-02-2026, 10:31
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun RƏSMİ BƏYANATI
4-02-2026, 10:11
Şahin Süleymanov-Yol istismarında peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət nümunəsi
3-02-2026, 18:11
“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
3-02-2026, 15:35
Keçmiş RİH-nin başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
3-02-2026, 14:15
Təhsilin keyfiyyətinə həsr olunmuş ömür: Ülkər Mirzəyevanın pedaqoji və idarəçilik fəaliyyəti
Fransada böhran dərinləşir: "Aqressiyası Makronun sonunu gətirəcək"
"Fransadakı proseslər son nəticədə Makron dünyagörüşü və aqressiyasının sonunu gətirəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Fransada hökumətin istefaya göndərilməsini şərh edərkən deyib.
Hikmət Babaoğlu bildirib ki, Fransada baş verən hadisələr Makron siyasətinin nəticəsidir:
"Çünki seçkilərin keçirilməsi, yeni hökumətin seçilməsi də Fransadakı iqtisadi-siyasi böhranı aradan qaldıra bilmədi. Artıq fransız seçicisi də başa düşür ki, bu müvəfəqiyyətsizliyin səbəbkarı Makronun siyasətidir. Makron aqressiyası sayəsində Fransa tədricən dünyadan təcrid olundu. Digər tərəfdən, Parisin neokolonialist siyasəti ifşa olundu. Sakit Okean adaları və Mərkəzi Afrikada Fransanın mövqelərinə ciddi zərbələr dəydi. Nəticə etibarı ilə bu proses həm də Fransanın iqtisadi münasibətlərinə təsir etdi".

Deputatın fikrincə, Makronun aqressiv siyasəti ölkədə müxtəlif siyasi baxışlı qüvvələrin mövqelərinin daha da radikallaşmasına gətirib çıxarıb:
"Artıq hədəf düzgün müəyyənləşib. Fransanın indiki vəziyyətinin bütün məsuliyyəti birmənalı olaraq Makronun üzərinə düşür. Əminəm ki, proses getdikcə daha ciddi xarakter alaraq, nəticə etibarı ilə Makron dünyagörüşü və aqressiyasının sonunu gətirəcək. Əks təqdirdə, Fransa daha geniş həcmdə beynəlxalq aləmdən təcrid olunmağa məhkumdur".
Qeyd edək ki, Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamənin lehinə səs verib. Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib. Bu isə o deməkdir ki, bu ilin yayında olan seçkilərdən sonra prezident Makron hələ də stabil hökumət formalaşdıra bilmir.
Müxalifət həmçinin Makronun da istefasını tələb edir. Lakin Fransa prezidenti televiziya açıqlamasında istefa verməyəcəyini bəyan edib. Bununla belə, onun siyasi vəziyyəti heç də yaxşı deyil. Belə ki, son rəy sorğularına görə, Fransa əhalisinin 50 faizi Makronun istefasını istəyir. Bu haqda "Cluster 17"nin apardığı sosial sorğuda qeyd edilir. Fransızların 36%-i düşünür ki, hökumətə qarşı münasibət prezident Makronun baş nazir təyin etməkdə səhv seçim etməsindən qaynaqlanır. Fransızların 40%-i mövcud çıxılmaz vəziyyətdən qurtulmaq üçün mümkün həllin olmadığına inanır. Eyni sorğuya əsasən, fransızların 54%-i prezident Makronun istefasını və 2025-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini istəyir.
Rüfət Sultan























































