Qərbi Azərbaycan Xronikası: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var"
Gürcüstan ərazisinə daxil olmamış şəxslərin sığınacaq müraciətləri bundan sonra birbaşa sərhəddə araşdırılacaq.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov – Elm və təhsil fədaisi
“Gəncə Şərab-2” ASC-nin rəhbəri Namiq Məmmədov – Şəhid və qazi ailələrinin dostu, dövlətinə sədaqətli vətənpərvər şəxsiyyət
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova təhsil ocağını öz “qanunları” ilə idarə edir? FAKT/İDDİA
Heqiqixeber.az xəbər portalına daxil olan məlumata görə, son zamanlar Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə baş verən hadisələr sosial şəbəkələrdə və ictimai mühitdə ciddi narahatlıq doğurur. Müxtəlif valideynlər tərəfindən məktəbin rəhbərliyi ilə bağlı səsləndirilən ittihamlar artıq tək-tük iddialar səviyyəsini keçərək ardıcıl xarakter almağa başlayıb.
Redaksiyamıza müraciət edən və adının gizli saxlanılmasını istəyən bir neçə valideyn bildirib ki, məktəbin direktoru Könül Hüseynova təhsil ocağını “öz qanunları” ilə idarə edir. Valideynlərin sözlərinə görə, məktəbdə müxtəlif bəhanələrlə pul yığımı halları müşahidə olunur. Onlar qeyd edirlər ki, “fond pulu”, “təmir pulu”, “bayram tədbiri” adı altında valideynlərdən tez-tez pul tələb olunur.
Məlumatda iddia olunur ki, yaxın günlərdə məktəbin 140 illik yubileyi keçirilib və həmin tədbirin bütün xərcləri valideynlərin hesabına başa gəlib. “O tədbirə görə hər sinifdən müəyyən məbləğdə pul yığıldı. Direktor bu məsələni açıq şəkildə etiraf etməsə də, hamı bilir ki, yubiley xərclərini dövlət yox, biz – valideynlər qarşıladıq”, – deyə şikayətçi valideyn bildirir.
Şikayətdə qeyd olunur ki, məktəb haqqında sosial mediada və bəzi xəbər portallarında dərc olunan tənqidi yazılar bir müddət sonra müəmmalı şəkildə silinir. Valideynin sözlərinə görə, direktor Könül Hüseynova bu yazıların ya pul müqabilində sildirilməsinə nail olur, ya da qardaşının yüksək vəzifədə çalışmasından istifadə edir. “Bu məktəb haqqında yazılan tənqidlər çox vaxt itib-batır. Biz valideynlər başa düşmürük, niyə belə hallara göz yumulur,” – deyə şikayətçi bildirir.
Məktəbin daxili strukturunda da maraqlı məqamların olduğu bildirilir. Valideynlərin iddiasına görə, məktəbin bir sıra texniki işçiləri və inzibati heyəti direktorun yaxın qohumlarıdır. Məsələn, “Sevinc” adlı qadının həm mühasibatlıq işlərinə, həm də sinif rəhbərliyinə baxdığı, eyni zamanda şagirdləri pul qarşılığında hazırladığı iddia olunur. Oxşar vəziyyətin texniki işçi “Dünya” adlı qadınla bağlı da qeyd olunduğu deyilir. “Hətta katibə işləyən Aynur xanım belə evində və ya məktəbdə rus dili fənnindən uşaqları pulla hazırlaşdırır”, – deyə valideynlərdən biri bildirir.
Bu iddialar, əlbəttə, ciddi araşdırma tələb edir. Əgər doğrudursa, bu, həm etik, həm də hüquqi baxımdan kobud qayda pozuntusu deməkdir. Təhsil müəssisəsində vəzifəli şəxslərin bu cür fəaliyyəti dövlət məktəbi anlayışına ziddir.
Valideynlər həmçinin məktəbdə şagirdlərin dərsə davamiyyətinin çox zəif olduğunu, bəzi siniflərdə nizam-intizamın pozulduğunu iddia edirlər. “Müəllimlər dərsə gəlməsə də, adları jurnalda qeyd olunur. Qəbzlə pul toplanır, amma dərs keyfiyyəti gündən-günə aşağı düşür”, – deyə başqa bir şikayətçi bildirir.
Məktəbdə gigiyenik qaydalara əməl olunmaması da qeyd olunan məsələlər arasındadır. Tualet və sanitar qovşaqların vəziyyətindən narazı qalan valideynlər bildirirlər ki, məktəbin texniki xidmət sahəsi də lazımi səviyyədə deyil. “Biz uşaqlarımızı təmiz və təhlükəsiz mühitdə oxutmaq istəyirik. Amma məktəbdə həm təmizlik, həm də nizam-intizam bərbad vəziyyətdədir”, – deyə şikayətdə vurğulanır.
Məlumatda qeyd olunur ki, Nobel muzeyinin direktoru Fuad adlı şəxs məktəbə gətirilərək orada “icma əsaslı bağça” açıb. Valideynlər bu məsələyə də aydınlıq gətirilməsini istəyirlər: “Məktəb bağça deyil, niyə orada belə bir bölmə yaradılıb və məqsəd nədir?”
Eyni zamanda iddia olunur ki, məktəbin kitabxanasında ştat yeri boş olsa da, direktor ora öz qohumunu yerləşdirib. Valideynlərin sözlərinə görə, məktəbdə “ölü canlar”ın da olduğu ehtimal edilir – yəni əmək haqqı alan, lakin faktiki işləməyən şəxslər.
Valideynlər hesab edirlər ki, bu qədər fakt və iddia ortadadırsa, Elm və Təhsil Nazirliyi məsələni diqqətlə araşdırmalıdır. “Cənab nazir Emin Əmrullayev bu məktəbdə baş verənlərdən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə tədbir görülmür? Əgər xəbərsizdirsə, o zaman araşdırma aparılmalıdır. Çünki bu cür hallar dövlət təhsil sisteminə kölgə salır,” – deyə valideynlər bildirirlər.
Qeyd edək ki, redaksiyamız qarşı tərəfin – Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın, eləcə də adları çəkilən şəxslərin mövqeyini öyrənməyə hazırdır. Məsələyə obyektiv yanaşmaq məqsədilə onların cavab haqqını tanıyırıq.
Mətbuatın əsas məqsədi kimisə ittiham etmək yox, ictimai maraq doğuran hallara aydınlıq gətirməkdir. Əgər səsləndirilən bu iddialar yanlış və ya şər-böhtan xarakterlidirsə, Könül Hüseynova və məktəb rəhbərliyi öz mövqelərini ictimaiyyətə açıq şəkildə izah etməlidirlər.
Hazırkı vəziyyətdə cəmiyyətin, xüsusilə də valideynlərin istəyi sadədir – şəffaflıq, ədalət və sağlam təhsil mühiti. Təhsil gələcəyimizin əsas sütunudur və orada baş verən hər bir mənfi hal bütövlükdə ölkə üçün narahatlıq doğurmalıdır.
Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə səslənən bu iddialar araşdırılmağa layiqdir. Həm məktəb rəhbərliyinin, həm də Təhsil Nazirliyinin məsələyə aydınlıq gətirməsi, valideynlərin narahatlıqlarına cavab verilməsi vacibdir. Təhsil sahəsində şəffaflıq və dürüstlük prinsipləri qorunmadıqca, belə halların təkrarlanmayacağına təminat yoxdur.
Heqiqixeber.az – Mövzuya qayıdacağıq.
Qeyd: Dəfələrlə Heqiqixeber.az xəbər portalının sosial şəbəkələrini (Telegram, Tiktok) xakker variantı ilə dağıtmaq istəyiblər. Əgər belə hal baş verəcəksə hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir.
Valideyn şikayətini olduğu kimi dərc edirik: Məktəb direktoru Könül Hüseynova yayılan tənqidi yazıları ya pul müqabilində sildirir, ya da qardaşının yüksək vəzifədə işlədiyi üçün o sildirir. Daha bir faktla müraciət edir ki, 56 nömrəli məktəbin 140 illik yubileyi keçirildi, soruşun o yubileyin xərclərini hardan və kim tərəfindən ödənildi? Əlbəttə ki, valideynlər tərəfindən. Məktəbdə bəzi texniki işçilər məktəbin direktoru Könül Hüseynovanın yaxın qohumları olduğunu da qeyd edirlər. Sevinc adlı qohumu mühasibatlıq və pul işinə baxdığını və 10 Ç sinif rəhbəridir. Hətta sinif otağında pul müqabilində uşaqlar hazırlaşdırır. Hətta məktəbdə texniki işçi işləyən Dünya adlı qadın da uşaq hazırlaşdırır. Şagirdlərin dərsə davamiyyəti həddən artıq çox zəifdir. Aynur adlı katibə işləyən də rus dili fənnindən uşaq hazırlaşdırdığını qeyd edirlər. Məktəbdə gigiyenik qaydalarına da əməl olmadığını qeyd edir. Nobel muzeyinin direktoru Fuad müəllimi məktəbə gətiriblər, o da məktəbdə icma əsaslı bağça açıb. Məktəbin sinif otaqlarının təmirinə valideynlərdən pul yığıldığını da iddia olunur. Məktəbin kitabxanasının ştat yeri boşdur, amma ora işçi qəbul etmir, direktor Könül Hüseynova öz qohumunu yerləşdirib, “ölü can”ların da olduğunu söyləyirlər.