Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Girovlar bazar ertəsi azad ediləcək”
Qəzzaya dair sazişlə bağlı əsas məsələ girovların azad olunmasıdır.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
O bildirib ki, girovların, böyük ehtimalla, bazar ertəsi evlərinə qayıdacağı gözlənilir.
Trampın sözlərinə görə, girovlarla yanaşı, girov saxlanılan meyitlərin də qaytarılması baş tutacaq.
Prezident əlavə edib ki, Qəzza tezliklə daha dinc və təhlükəsiz bir yerə çevriləcək:
“Aydındır ki, ora tamamilə dağılıb və bu, yalnız İsraillə bağlı məsələ deyil. Bu problemlər uzun illərdir davam edir. İnanırıq ki, Qəzza yenidən qurulacaq və bölgədəki digər ölkələr bu prosesə dəstək verəcəklər. Düşünürəm ki, bütün bunlar sülh yolu ilə həll olunacaq. Mən tam əminəm ki, Yaxın Şərqə sülh gələcək. Bu bölgədə sülh insanların əsrlərdir arzuladığı bir məqsəddir”, – deyə Tramp vurğulayıb.























































