TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Bu ölkə də Trampın Qəzza planını dəstəklədi

İtaliya ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi sülh planını alqışlayaraq, bütün tərəfləri bu təşəbbüsü qəbul etməyə çağırıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə İtaliya Nazirlər Şurasının yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd olunur ki, İtaliya hökuməti uzun müddətdir Qəzzada müharibənin dayandırılması və girovların azad olunması üçün göstərilən bütün səyləri dəstəkləməyə sadiqdir.
“Döyüş əməliyyatlarının dayandırılması Qəzza zolağında mülki əhaliyə təsir edən ağır humanitar böhranın – tamamilə əsassız və qəbuledilməz faciənin – aradan qaldırılması üçün vacibdir. Prezident Donald Trampın təqdim etdiyi plan bu prosesdə dönüş nöqtəsi ola bilər. Bu plan hərbi əməliyyatların daimi dayandırılmasına, bütün girovların dərhal azad edilməsinə və mülki əhalinin təhlükəsiz şəkildə humanitar yardıma çıxışına şərait yarada bilər.
İtaliya tərəfindən alqışlanan bu plan regional tərəfdaşların iştirakı ilə Qəzza zolağının sabitləşdirilməsi, yenidən qurulması və inkişafını hədəfləyən iddialı bir təklifdir. Bu kontekstdə İtaliya ABŞ, Avropa tərəfdaşları və region ölkələri ilə sıx koordinasiyada öz rolunu oynamağa hazırdır və Prezident Trampa Yaxın Şərqə sülh gətirmək istiqamətindəki vasitəçilik səylərinə görə təşəkkür edir.
İtaliya bütün tərəfləri bu fürsətdən istifadə etməyə və planı qəbul etməyə çağırır. Xüsusilə HƏMAS – girovları azad etməklə, Qəzzanın gələcəyində rol almamaqla və tamamilə tərksilah olmaqla – müharibəyə son qoymaq imkanına malikdir.
İtaliya rəsmi Vaşinqtonun İsrail və Fələstin arasında dialoqun bərpasına və dinc, firavan birgə yaşayışa aparan siyasi həll yoluna yönəlmiş səylərini dəstəkləyir. Yaxın Şərqdə ədalətli və davamlı sülh yalnız İsrail və Fələstinin təhlükəsizlik şəraitində yanaşı yaşaması, həmçinin, İsrailin ərəb və İslam ölkələri ilə tam normallaşması sayəsində mümkündür”, – deyə məlumatda bildirilir.























































