Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
BMT Baş katibi Qəzzaya dair razılaşmanı alqışladı
“ABŞ Prezidenti tərəfindən irəli sürülən təklif əsasında Qəzzada atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı alqışlayırıq”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.
O, vasitəçiliyə görə ABŞ, Qətər, Misir və Türkiyəyə təşəkkür edib və bütün tərəfləri sazişin şərtlərinə tam əməl etməyə çağırıb.
“Bütün girovlar layiqli şəkildə azad edilməlidir. Daimi atəşkəs təmin edilməlidir. Döyüş birdəfəlik dayandırılmalıdır. Humanitar ləvazimatların və zəruri kommersiya materiallarının Qəzzaya dərhal və maneəsiz daxil olması təmin edilməlidir. Əzablara son qoyulmalıdır”, - deyə Baş katib bildirib.
O, BMT-nin sazişin tam icrasını dəstəklədiyini vurğulayıb.
“Mən bütün maraqlı tərəfləri işğala son qoymaq, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımaq, israillilər və fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşamalarını təmin etmək üçün iki dövlətli həllə aparan yol yaratmaq üçün bu mühüm fürsətdən istifadə etməyə çağırıram”, - deyə A.Quterreş əlavə edib.























































