Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

05 Mart 2023 14:09Dünya

Türkiyə "taxıl dəhlizi"nə dair sazişin uzadılması üzərində işləyir

Türkiyə Qara dənizdə martın 18-də başa çatacaq "taxıl dəhlizi"nə dair sazişin uzadılması üzərində işləyir.

AZƏRTAC Ukrayna KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərdə BMT-nin konfransında çıxışı zamanı deyib.

“Biz Qara dənizdə “taxıl sazişi”nin problemsiz icrası və daha da uzadılması üzərində çox çalışırıq”, - deyə Çavuşoğlu söyləyib.

Çavuşoğlu, həmçinin qeyd edib ki, o, BMT-nin Baş katibi Antonio Quterreşlə Ukrayna ərzaq məhsullarının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edib.

Xatırladaq ki, Ukrayna “taxıl müqaviləsi”nin müddətinin uzadılmasına görə danışıqlara başlamaq üçün Türkiyə və BMT-yə müraciət göndərib.