Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“Atəşkəsin əldə olunması çox yaxındır” - Rubio
“Qəzzada atəşkəs razılaşmasının əldə olunması “çox yaxın” görünür”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio CNN-ə açıqlamasında deyib.
O, ABŞ Prezidenti Donald Trampın razılaşma əldə olunacağı təqdirdə Yaxın Şərqə səfər edə biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff, Trampın qudası, iş adamı, keçmiş baş müşavir Cared Kuşner və İsrailin danışıqlar masasındakı nümayəndəsi Ron Dermer çərşənbə günü Misirdə genişləndirilmiş görüş keçiriblər. Danışıqlar Trampın Qəzza üçün təklif etdiyi atəşkəs planı əsasında aparılır. HƏMAS rəsmisinin bildirdiyinə görə, fələstinli qrup və İsrail tərəfi razılaşma çərçivəsində azad ediləcək girov və məhbusların siyahılarını artıq bir-biri ilə bölüşüb.
Məsələ ilə tanış bir neçə mənbə isə “Axios” nəşrinə bildirib ki, ABŞ, İsrail və Qətər rəsmiləri bu həftə Qəzzadakı müharibənin sona çatdırılması üzrə razılaşmanın əldə ediləcəyinə nikbin yanaşırlar.
Xatırladaq ki, ötən gün gün Misirdəki danışıqlar ilə bağlı çıxşında ABŞ Prezidenti Donald Tramp da yekun nəticənin yaxın olduğunu vurğulamışdı.























































