Menu
Xəbər Lenti
Xankəndiyə qayıdırlar
19-06-2026, 11:04

Xankəndiyə qayıdırlar

Zamana sığmayan zəka...
17-06-2026, 17:38

Zamana sığmayan zəka...

Ağ xalat, ağ ümid
17-06-2026, 13:39

Ağ xalat, ağ ümid

07 Oktyabr 2025 06:17Manşet / Dünya

İsrail-HƏMAS danışıqlarının ilk günü başa çatdı - Yenilənib

 

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS nümayəndələri arasında atəşkəsin əldə olunması ilə danışıqlar start götürüb.

“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, danışıqlarda girovların azad edilməsi məsələsi də müzakirə olunacaq.

Nəşrin mənbələri danışıqları yekun mərhələ kimi qiymətləndirib. Görüşlər ABŞ və Misirin vasitəçiliyi ilə tərəflərin birbaşa təmas qurmadığı formatda keçirilir.

Xatırladaq ki, ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın göstərişi ilə Misirə ezam edilən xüsusi nümayəndə Stiv Uitkoff rəhbərlik edir.

***

Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs üzrə danışıqların yeni mərhələsinin birinci günü başa çatıb. Məsləhətləşmələrin müsbət atmosferdə keçdiyi bildirilir və bu gün davam etdiriləcəyi gözlənilir.