“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Türkiyə-Azərbaycan dostluğu dərin tarixi köklərlə bir-birinə bağlıdır” - Təmraz Tağıyev
“Konya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil olunan növbəti tədbirdə Azərbaycan, Şimali Kipr Türk Respublikası, Livan, Moldovanın Qaqauz Muxtar Vilayəti, Özbəkistan və Türkiyədən nümayəndələr iştirak ediblər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri adıçəkilən qurumun idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev qurumun növbəti toplantısında bildirib.
Sədr qeyd edib ki, toplantıya TDBB-nin sədri və Konya Böyükşəhər Bələdiyyə başçısı Uğur İbrahim Altay sədrlik edib.
İclasda birliyin ötən dövrdəki fəaliyyəti qiymətləndirilib, üzv ölkə bələdiyyələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin hazırlanması məsələləri ətraflı müzakirə olunub.
Uğur İbrahim Altay keçirilən bu görüşün Türk dünyası bələdiyyələri arasında həmrəyliyin artıracağına inandığını bildirib və alınacaq qərarların faydalı olacağına ümid etdiyini diqqətə çatdırıb.
Tədbirdə ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil edib. T.Tağıyev çıxışında vurğulayıb ki, tarixi köklərlə bir-birinə bağlı olan türkdilli dövlətlər bütün sahələrdə münasibətləri dərinləşdirməkdədir. XXI əsrin Türk dünyası əsri olacağını vurğulayan Təmraz Tağıyev Azərbaycan bələdiyyələrinin bundan sonra da təşkilatın işində yaxından iştirak etməklə onun fəaliyyətinə töhfə verməyə hazır olduğunu qeyd edib.
T.Tağıyev qeyd edib ki, 3 oktyabr həm də Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür: “Ölkə başçısı İlham Əliyev bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi-qəlbdən təbrik edərək bildirib ki, “türk dünyası bizim ailəmizdir!” Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Türkiyə-Azərbaycan dostluğu əsrlər boyu yaşayacaq və bu dostluğun dərin tarixi köklərlə bir-birinə bağlı olan münasibətləri qardaşlıq prinsipləri əsasında qurulub”.
Çıxışlarda TDBB-nin cari ildə həyata keçirdiyi layihələrə toxunularaq qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
İclasda İdarə Heyətinin digər üzvləri də çıxış edərək fikir və mülahizələrini bölüşüblər.
Sonda İdarə Heyətinin üzvləri belə mötəbər tədbirə dəvət almaqdan məmnunluqlarını bildiriblər.


























































