18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Cənubunsəsi təqdim edir – “Onları tanıyaq” rubrikası qonağı Hacı Sədi

Hacı Sədi – Qəni Bəhlul oğlu Axundzadə ilə müsahibə
– Hacı Sədi, əvvəlcə uşaqlıq illərinizdən başlayaq. Ruhani ailəsində böyümək necə idi?
– Mən 1971-ci ilin may ayında Lənkəranın Veravul kəndində ruhani ailəsində dünyaya gəlmişəm. Bizim nəsil dini mühitlə yetişib. Babam Nəcəfül-Əşrəfdə təhsil almış, atam isə həm ruhani, həm də xarrat idi. Mənim üçün bu mühit həm məsuliyyət, həm də böyük məktəb oldu. Ailədə mənə “Sədi” deyirdilər, bu ad isə vaxtsız itirdiyim əkiz qardaşımın xatirəsinə bağlıdır.
– İlk dini təhsiliniz kimdən oldu?
– Əvvəlcə evdə atam mərhum Kərbəlayi Bəhlul Axundovdan, sonra isə Masallının müxtəlif ustadlarından dərs aldım. Sonrakı illərdə isə 1992–1997-ci illərdə Bakı İslam Universitetində oxudum və fərqlənmə diplomu ilə məzun oldum.
– 1990-cı ilin Qanlı Yanvar hadisələrində iştirak etdiyinizi bilirik. O günləri necə xatırlayırsınız?
– Mənim üçün unudulmazdır. O vaxt cəmi 19 yaşım vardı. Şəhidlərimizin cənazə namazlarında iştirak etdim, ilk dəfə azanı canlı səsləndirdim. Bu, həm mənim dini yolumda, həm də vətəndaşlıq borcumda dönüş nöqtəsi oldu.
– Meydan Hərəkatı dövründə də fəal olmuşdunuz…
– Bəli, 1988-ci ildə Lənkəranda ilk mərsiyəmi ifa etdim. Həmin illər xalqımız üçün azadlıq mübarizəsinin başlanğıcı idi. O dönəmin havasını heç vaxt unutmaq mümkün deyil.
– Sonrakı illərdə qurduğunuz Quran kursu və mədrəsələr barədə danışardınız.
– 1991-ci ildə Lənkəran şəhərində Quran kursu açdım. 1993-cü ildə “Abbasiyyə” İslam mədrəsəsini təsis etdim. Daha sonra 2001-ci ildə onun bazasında Bakı İslam Universitetinin Lənkəran filialı fəaliyyətə başladı. Bu, bölgəmizdə dini maarifçiliyin inkişafına böyük təkan oldu.
– Televiziya fəaliyyətiniz də çoxlarının yadındadır.
– 1993–2008-ci illərdə “Cənub” TV-də “Mənəviyyata Qədəm” proqramını aparırdım. O proqramla minlərlə tamaşaçının evinə qonaq gedirdik. Məqsədim insanlara mənəvi dəyərləri çatdırmaq idi.
– Əsas xidmətlərinizdən biri də şəhid dəfnlərində iştirakınız olub. II Qarabağ müharibəsi dövründə də bu missiyanı davam etdirmisiniz.
– Mənim üçün ən böyük şərəf şəhidlərimizin qarşısında xidmət etməkdir. 44 günlük müharibə zamanı Lənkərana gətirilən 78 şəhidimizin dəfnində iştirak etmişəm. Bu, mənim həm borcum, həm də vicdani məsuliyyətim idi.
– Humanitar fəaliyyətləriniz də çoxdur. Pandemiya dövründə hansı işlər gördünüz?
– COVID-19 zamanı imkansız ailələrə yardım kampaniyaları təşkil etdik. Çətin dönəmlərdə vətəndaşlarımızın yanında olmaq bizim üçün vacib idi. Həmçinin dəfn mərasimlərində iştirak edərək insanların yükünü azaltmağa çalışdıq.
– 2024-cü ildə BMT COP29 tədbirində də fəal iştirak etdiniz. Dövlət səviyyəsində təltif olunmaq necə hissdir?
– Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə almaq mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Çünki bu, bir ruhani kimi fəaliyyətimin yalnız dini yox, həm də humanitar ölçüdə dəyərləndirilməsidir.
– Gələcək planlarınız nələrdir?
– Mənim üçün əsas məqsəd dini və humanitar fəaliyyətimi sevə-sevə davam etdirməkdir. Gənclərin maarifləndirilməsi, radikal qruplardan uzaq saxlanılması, mənəviyyatın gücləndirilməsi hər zaman prioritetimdir.
Cənubunsəsi
Mərhəmət Lələyev
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.





















































