Menu
Xəbər Lenti
Kütahyada daha bir zəlzələ
29-09-2025, 06:47

Kütahyada daha bir zəlzələ

01 Oktyabr 2025 14:37Manşet / Gündəm

ƏDALƏT KEŞİKÇİSİ, ƏSL VƏTƏNDAŞ – XƏTAİ RAYON PROKURORU SƏRDAR İMANOV

 

Azərbaycanın dövlətçilik ənənələrinin qorunmasında, hüquqi dövlətin formalaşmasında və ədalətin təmin edilməsində Prokurorluq orqanlarının rolu danılmazdır. Bu qurum ölkədə qanunçuluğun təminatçısı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəçisi, dövlətin əsas dayaqlarından biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Prokurorluq orqanları cəmiyyətin mənəvi dayağıdır və ədalət prinsiplərinin qorunmasında xüsusi rol oynayır.


Bu müqəddəs və məsuliyyətli missiyanı daşıyan fədakar prokurorlarımızdan biri də Xətai rayon prokuroru Sərdar İmanovdur. Onun peşə fəaliyyəti, dövlətə və qanuna sədaqəti, vətəndaşlara diqqət və qayğısı onu həm işgüzar mühitdə, həm də cəmiyyət arasında hörmət qazanmış bir şəxsiyyətə çevirib. “Ədalət keşikçisi, əsl vətəndaş” ifadəsi məhz belə hüquq mühafizəçilərinə yaraşır.


Sərdar İmanov prokurorluq fəaliyyətində daim ədalətin bərqərar olmasına, qanunun aliliyinin təmin edilməsinə xüsusi diqqət ayırır. O, qarşısına qoyduğu məqsədlərdə prinsipiallıq nümayiş etdirir, heç bir halda qanun pozuntusuna güzəşt etmir. Onun iş üslubunun əsas mahiyyətini obyektivlik və vicdanlılıq təşkil edir. Bu xüsusiyyətlər isə yalnız hüquq elmini dərindən bilən, vətəndaş məsuliyyətini dərk edən və dövlətinə sadiq olan bir insanın xasiyyətində ola bilər.


Xətai rayon prokurorunun fəaliyyəti hər bir işə diqqətlə yanaşmaq, müraciətləri operativ araşdırmaq və obyektiv qərarlar qəbul etmək üzərində qurulub. O, işində qanunun aliliyini əsas prinsipi kimi götürür və bu prinsipi daima qorumağa çalışır. Bu baxımdan Sərdar İmanov həm rəhbər, həm də hüquqşünas kimi işgüzarlığı, səriştəsi və peşəkarlığı ilə seçilir.


Hər bir dövlət qulluqçusunun əsas vəzifələrindən biri vətəndaşların problemlərinə həssas yanaşmaqdır. Sərdar İmanov bu xüsusda özünü həmişə məsuliyyətli vətəndaş kimi göstərib. Rayon sakinlərinin müraciətlərini diqqətlə dinləməsi, onların hüquqlarının müdafiəsi istiqamətində operativ tədbirlər görməsi, sadə insanlarla ünsiyyətdə səmimi və humanist yanaşması onun cəmiyyətdə qazandığı hörmətin təməlidir.


Onun fəaliyyəti vətəndaş məmnunluğunu prioritet kimi qəbul etməsi ilə də fərqlənir. Hər bir işə insani dəyərlər prizmasından yanaşan prokurorun məqsədi yalnız qanunçuluğun deyil, həm də ədalətin bərqərar olmasıdır.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinə dəstək göstərmək, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etmək hər bir dövlət qulluqçusunun borcudur. Sərdar İmanov bu amal uğrunda yorulmadan çalışan peşəkar hüquqşünaslardandır. Onun fəaliyyəti yalnız hüquqi müstəvidə deyil, həm də dövlətə sədaqət, vətəndaşlıq borcu və milli maraqlar prizmasında həyata keçirilir.


O, cəmiyyətimizdə möhkəm ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlətçiliyin gücləndirilməsinə və xalqın rifahının qorunmasına öz töhfəsini verir. Bu səbəbdən də həm iş yoldaşları, həm də vətəndaşlar arasında “Ədalət keşikçisi, əsl vətəndaş” kimi tanınır.


Sərdar İmanovun fəaliyyəti gənc hüquqşünaslar üçün də böyük məktəbdir. Onun iş üslubu, prinsipiallığı, vicdanlılığı və qanuna sədaqəti gənc kadrların yetişməsində mühüm rol oynayır. Prokurorun rəhbərliyi altında çalışan əməkdaşlar hər zaman ondan dəstək və peşəkar məsləhət almaq imkanına malikdirlər. Bu da kollektivdə sağlam mühitin formalaşmasına, yüksək peşəkarlığın təmin edilməsinə şərait yaradır.


Azərbaycan xalqının müasir tarixində xüsusi yeri olan Vətən müharibəsi göstərdi ki, dövlətçiliyə sədaqət yalnız orduda deyil, eyni zamanda arxa cəbhədə, hüquq mühafizə orqanlarında da özünü göstərir. Sərdar İmanov həmin dövrdə də dövlətin, xalqın maraqlarının müdafiəsində qətiyyətli mövqeyi ilə seçilib. O, daim şəhid ailələrinə, qazilərə diqqət və qayğı ilə yanaşır, onlara dəstək göstərməyi özünün mənəvi borcu hesab edir. Bu isə onun yalnız peşəkar hüquqşünas deyil, həm də vətənpərvər vətəndaş olduğunu sübut edir.


Xətai rayon prokuroru Sərdar İmanovun həyat və fəaliyyət yolu göstərir ki, dövlətə sədaqət, qanuna hörmət və insana diqqət hər bir dövlət qulluqçusunun əsas meyarı olmalıdır. O, hər zaman qanunun aliliyini müdafiə edən, ədalətin keşiyində duran, dövlətçiliyin inkişafına öz əməyini qatan bir şəxsiyyət kimi yadda qalır.


Onun fəaliyyəti həm vətəndaşlara, həm də gənc prokuror nəslinə örnəkdir. Məhz belə insanlar Azərbaycan Prokurorluğunun sabahını formalaşdırır, onun nüfuzunu yüksəldir.


Fürsətdən istifadə edib 01 Oktyabr Prokuror işçilərinin peşə bayramı münasibəti ilə Sərdar İmanovu və onun timsalında bütün prokurorluq əməkdaşlarını səmimi qəlbdən təbrik edirik.


 

Fərid Faiqoğlu

Xezertv.info-nun rəhbəri

AJB-nin üzvü

AVMVİB-nin fəxri üzvü