“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Masallıda Rabitəçi Əliş Əliyevin Xatirəsinə Həsr Olunmuş Sənədli Filmin Təqdimatı Keçirilib

Masallı, 30 sentyabr 2025 – Masallı rayonunun Musaküçə kəndində yerləşən şadlıq sarayında tanınmış rabitəçi, Masallının ictimai həyatında silinməz iz qoymuş Əliş Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib.
Tədbirdə yaradıcı insanlar, ictimaiyyət nümayəndələri, media mənsubları, ziyalılar, Əliş Əliyevin ailə üzvləri və keçmiş iş yoldaşları iştirak ediblər.
Mərasim ulu öndər Heydər Əliyevin və unudulmaz şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sənədli film Əliş Əliyevin zəngin ömür yolunu, rabitə sahəsində göstərdiyi xidmətləri və Masallı üçün gördüyü dəyərli işləri əks etdirir. Ekran əsəri Cənub bölgəsində fəaliyyət göstərən "Cənubunsəsi" xəbər portalı tərəfindən ərsəyə gətirilib. Filmin ideya və ssenari müəllifi portalın təsisçisi, baş redaktoru və ictimai fəal bloger Mərhəmət Lələyevdir.
Filmin nümayişindən sonra Mərhəmət Lələyev çıxış edərək “Tarixin yaddaşında qalanlar” layihəsinin əhəmiyyətindən danışıb. O, yalnız Əliş Əliyevin deyil, ümumilikdə cənub bölgəsinin işıqlı şəxsiyyətlərinin həyat yolunu əks etdirən sənədli filmlərin gələcək nəsillər üçün mühüm irs olacağını qeyd edib.
Çıxış edən digər natiqlər də Əliş Əliyevin həyat yolu, rabitə sahəsindəki xidmətləri və Masallının inkişafı üçün gördüyü işlər barədə öz fikirlərini bölüşüblər.
Əliş Əliyevin oğlu Soltanağa Əliyev tədbirdə çıxış edərək atasının xatirəsinin daim hörmətlə anıldığını vurğulayıb və filmin ərsəyə gəlməsində əməyi keçən çəkiliş heyətinə, həmçinin dəstək göstərən hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, sənədli film mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Masallı ictimaiyyətində dərin təəssürat yaradıb.
Sonda Mərhəmət Lələyev, filmin ərsəyə gəlməsində göstərdikləri köməklik və dəstəyə görə Müsaküçə kənd sakinlərinə və Əliş Əliyevin oğlu Soltanağa Əliyevə öz dərin təşəkkürünü ifadə edib.
























































Ulusestv.az






















































