Laçın rayon 15 saylı tam orta məktəbin direktoru Yeganə Əlvəndova: "Şəhidlər – əbədi qürur mənbəyimiz"
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Şəhidlərə ehtiram – müqəddəs borc”
Millət vəkili Tahir Mirkişili – “Dövlətə sədaqətin, vətənpərvərliyin və intellektual liderliyin simvolu”
Heydər Əliyev Fondu beynəlxalq aləmdə həm də humanitar fəaliyyəti ilə böyük nüfuza malikdir
“Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq” - Hikmət Hacıyev
İş adamı Cəbrayıl Cəbrayılov: “27 sentyabr – tariximizə yazılan qəhrəmanlıq səhifəsi”
Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış tarixi günlərdən biri də 27 sentyabrdır. 2020-ci ilin məhz həmin günü Azərbaycanın qəhrəman övladları düşmənə qarşı müqəddəs mübarizəyə qalxaraq, Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etdilər. O gündən etibarən 27 sentyabr Şəhidlərin Anım Günü kimi qeyd olunur. Hər bir azərbaycanlı üçün bu gün həm kədər, həm də qürur günüdür. Çünki qəhrəman şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad edildi, milli həmrəyliyimiz möhkəmləndi, dövlətimizin gücü bütün dünyaya göstərildi.
İş adamı Cəbrayıl Cəbrayılov da bu günün mahiyyətini dərindən dərk edən, şəhidlərin xatirəsini uca tutan, onların ailələrinə hər zaman mənəvi və maddi dəstək göstərən vətənpərvər ziyalılarımızdandır. Onun sözləri ilə desək: “27 sentyabr şəhidlərin anım günü və milli həmrəylik günüdür”. Bu ifadə təsadüfi deyil. Çünki həmin gün Azərbaycan xalqı bir amal uğrunda birləşdi, ordumuz xalqın gücünə söykənərək tarix yazdı.
Cəbrayıl Cəbrayılov daim vurğulayır ki, şəhidlər Vətənimizin əbədi qəhrəmanlarıdır. Onların qanı bahasına bu torpaqlarda bayrağımız dalğalanır, xalqımız azad nəfəs alır. İş adamı dəfələrlə şəhid ailələrinə baş çəkmiş, onların qayğıları ilə maraqlanmış, övladlarının təhsilinə və sosial problemlərinin həllinə dəstək göstərmişdir. O, inanır ki, şəhid ailələrinə diqqət göstərmək sadəcə dövlətin deyil, həm də hər bir vətəndaşın borcudur.
Cəbrayıl müəllimin tez-tez səsləndirdiyi bir fikir var: “Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əymək hər birimizin vicdan borcudur. Biz onların ruhu qarşısında yalnız və yalnız bir amal uğrunda çalışaraq – dövlətimizin inkişafı, xalqımızın rifahı naminə birləşərək təmənnasız xidmət edə bilərik.”
27 sentyabr təkcə anım günü deyil, həm də milli həmrəylik günüdür. Həmin gün bütün xalq bir yumruq kimi birləşdi, millət-dövlət birliyi dünyaya nümunə oldu. İş adamı Cəbrayıl Cəbrayılov bu birliyin qorunmasının vacibliyini hər zaman önə çəkir. Onun fikrincə, əgər 27 sentyabrda olduğu kimi biz daim bir arada olsaq, heç bir qüvvə Azərbaycan xalqının qarşısında dura bilməz.
O, gənclərə də müraciət edərək vətənpərvərlik ruhunda böyüməyin vacibliyini vurğulayır: “Gənclər bilməlidirlər ki, bu torpaqlar şəhid qanı ilə suvarılıb. Ona görə də Vətəni sevmək, dövlətə sədaqətli olmaq, dövlətçiliyə sahib çıxmaq hər bir azərbaycanlının müqəddəs borcudur.”
Cəbrayıl Cəbrayılov hər zaman dövlətçilik ideyalarını dəstəkləyən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə öz dəstəyini ifadə edən bir iş adamıdır. Onun sözlərinə görə, dövlətimizin gücü həm orduda, həm iqtisadiyyatda, həm də xalqın həmrəyliyindədir. Bu gücün qorunması üçün isə hər kəs üzərinə düşən işi vicdanla yerinə yetirməlidir.
O, işgüzar fəaliyyəti ilə yanaşı, sosial layihələrə də xüsusi önəm verir. Şəhid ailələrinə, qazilərə, müharibədən zərər çəkmiş insanlara dəstək göstərməsi bunun bariz nümunəsidir. Çünki o yaxşı bilir ki, şəhidlərimizin ailələrinə sahib çıxmaq, qazilərimizin müalicəsinə və sosial rifahına töhfə vermək milli həmrəyliyimizin təməlidir.
Cəbrayıl Cəbrayılovun fəaliyyətinin mühüm tərəflərindən biri də xeyriyyəçilikdir. O, dəfələrlə ehtiyacı olan ailələrə yardım etmiş, müxtəlif sosial layihələrə sponsorluq göstərmişdir. Onun bu fəaliyyətləri cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.
Xüsusilə şəhid ailələrinə yönəlik dəstəyi onun vətənpərvərlik missiyasının ayrılmaz hissəsidir. “Əgər bu gün biz azad, müstəqil və qalib xalq olaraq yaşayırıqsa, bunu şəhidlərimizə borcluyuq” – deyən Cəbrayıl Cəbrayılov öz əməlləri ilə bu sözlərin səmimiliyini təsdiqləyir.
Cəbrayıl Cəbrayılov qeyd edir ki, 27 sentyabr tarixi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biridir. O, bu günün unudulmamasını, gələcək nəsillərə ötürülməsini vacib hesab edir. Çünki tarixdən dərs alan, onu yaşadan xalq heç vaxt məğlub ola bilməz.
Onun fikrincə, biz yalnız şəhidlərimizin ruhuna hörmət etməklə kifayətlənməməli, həm də onların yarımçıq qalan arzularını həyata keçirməliyik – güclü, müasir, inkişaf etmiş Azərbaycan qurmalı, dövlətimizi daha da qüdrətli etməliyik.
İş adamı Cəbrayıl Cəbrayılovun “27 sentyabr şəhidlərin anım günü və milli həmrəylik günüdür” kəlamı xalqımızın milli yaddaşına yazılan həqiqəti əks etdirir. O, öz fəaliyyəti, xeyriyyəçilik addımları, dövlətçilik ideyalarına sədaqəti ilə bu sözlərin arxasında dayanan amalın daşıyıcısıdır.
27 sentyabr – şəhidlərimizin ruhuna ehtiram, xalqımızın birliyi və həmrəyliyi günüdür. Cəbrayıl Cəbrayılov kimi vətənpərvər iş adamlarının fəaliyyəti isə bu həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. Onun sözləri və əməlləri hər birimiz üçün nümunədir.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
AJB-nin üzvü