Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Turqay Qəribli Azərbaycanın Strongman Çempionatında qızıl medal qazandı
20 sentyabr tarixində Abşeron Olimpiya İdman Kompleksində keçirilən Strongman üzrə Azərbaycan Çempionatında Naxçıvan Muxtar Respublikası (MR) təmsilçisi, 110 kq çəki dərəcəsində dünya çempionu, peşəkar idmançı Turqay Qəribli xüsusi əzmkarlıq göstərərək qızıl medal qazandı. Bu zəfərlə Turqay Qəribli, 2025-ci ilin dekabr ayında Dubayda keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmışdır.
İdmançımız bu möhtəşəm qələbəsini öz həmkəndlisi, şəhid Əliyev Fikrət Rüstəm oğluna həsr edib. Turqay Qəribli, həmçinin çempionluğunu xalqımızın qəhrəman oğullarına olan sevgi və ehtiramla əlaqələndirmişdir.
Qəribli, həmçinin qeyd edib ki, bu uğur onun üçün yalnız idman nəticəsi deyil, həm də vətənə olan sevgi və borcun bir təcəssümüdür. Onun bu qələbəsi, həmçinin Naxçıvanın idman dünyasındakı mövqeyini bir daha nümayiş etdirib.























































