“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Elmin və peşəkarlığın zirvəsində: PhD, Oral Cərrah, İmplantoloq, Parodontoloq Uzm. Dr. Kamran Məmmədov
DTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur
Telman İsmayılovun eks-mühafizəçisinə hökm oxunub
Moskva hərbi məhkəməsi azərbaycanlı biznesmen Telman İsmayılovun keçmiş mühafizəçisi olmuş Tərxan Eldukayevin işi üzrə hökm çıxarıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, T.Eldukayev 1996-cı ilin dekabrında Qurmuşov qardaşlarının öldürülməsinin təşkilində təqsirli bilinib və 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Eldukayevin vəkili Ruslan Zakalyujnıy hökmü həddindən artıq sərt və ədalətsiz adlandırıb.
İşin materiallarına əsasən, 29 il əvvəl Moskvada naməlum şəxs iş adamı Tair Qurmuşovu qətlə yetirib, qardaşı Telman Qurmuşovu isə ağır yaralayıb.
İstintaq cinayətdə Tərxan Eldukayevin iştirak etdiyini, qətlin sifarişçisinin isə Telman İsmayılov olduğunu bildirib.
Xatırladaq ki, İnterpol xətti ilə axtarışa verilən Telman İsmayılov 2021-ci ildə Monteneqroda saxlanılmışdı. Həmin ildə adıçəkilən ölkədən siyasi sığınacaq alandan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı.























































