Menu
Xəbər Lenti
Azərbaycanda Bilik Günüdür
15-09-2025, 06:27

Azərbaycanda Bilik Günüdür

18 Sentyabr 2025 12:21Manşet / Gündəm

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev – Peşəkarlıq və dövlətə xidmət nümunəsi

 

Müasir Azərbaycanın dinamik inkişafında energetika sektoru xüsusi rol oynayır. Enerji müstəqilliyi hər bir ölkənin iqtisadi inkişafının, təhlükəsizliyinin və dövlətçiliyinin dayaqlarından biridir. Bu sahədə həyata keçirilən islahatların, yeniliklərin və modernləşmə tədbirlərinin uğurla reallaşması isə, şübhəsiz, işinin peşəkarı olan mütəxəssislərin fəaliyyəti ilə sıx bağlıdır. Onlardan biri də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, yüksək peşəkarlığı, səmərəli idarəçilik bacarığı və dövlətə sədaqəti ilə seçilən Balababa Rzayevdir.


Son dövrlərdə bəzi qərəzli qüvvələr tərəfindən Balababa Rzayevin adına şər-böhtan kampaniyalarının aparılması müşahidə olunur. Halbuki, illərdir Azərbaycanın enerji sisteminin inkişafı, gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində göstərdiyi xidmətlər onun fəaliyyətini açıq-aydın sübut edir. Belə şəxsiyyətlərə qarşı əsassız iddialar yalnız və yalnız uğurları kölgələmək cəhdləridir. Amma həqiqətlər danılmazdır: Balababa Rzayev həm bir rəhbər, həm də bir vətəndaş kimi dövlətə xidmət edən, öz işinə vicdanla yanaşan insandır.


Balababa Rzayev gənclik illərindən energetika sahəsinə böyük maraq göstərmiş, bu istiqamətdə ali təhsil alaraq öz biliklərini daim təkmilləşdirmişdir. Onun həyat yolu təsdiq edir ki, böyük uğurlar təsadüfən əldə edilmir. Peşəkar enerji mütəxəssisi olmaq üçün o, həm nəzəri, həm də praktiki biliklərə yiyələnmiş, müxtəlif rəhbər vəzifələrdə çalışaraq zəngin idarəçilik təcrübəsi qazanmışdır. Bu gün onun “Azərenerji”nin prezidentliyi kimi ağır məsuliyyətli vəzifəni şərəflə icra etməsi məhz həmin illərin zəhmətinin, sadiqliyinin və işgüzarlığının nəticəsidir.


Azərbaycan dövlətinin enerji siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Bu siyasətin əsas prinsiplərindən biri ölkənin enerji təhlükəsizliyinin təmin edilməsidir. Balababa Rzayevin rəhbərliyi altında “Azərenerji” bu istiqamətdə böyük nailiyyətlər əldə edib.


Son illərdə ölkənin müxtəlif bölgələrində yeni elektrik stansiyaları tikilmiş, mövcud enerji obyektləri müasirləşdirilmiş, ötürücü və paylayıcı şəbəkələr yenilənmişdir. Bu işlərin təşkili, icrası və koordinasiyası məhz Balababa Rzayevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilir. Onun idarəçilik fəlsəfəsi ondan ibarətdir ki, enerji sistemi yalnız bu günü deyil, həm də gələcəyi düşünməlidir.


Balababa Rzayevin fəaliyyətində ən mühüm məqam dövlətə xidmət prinsipi olmuşdur. O, hər zaman dövlətin enerji strategiyasının həyata keçirilməsində fəal iştirak edir, Prezidentin tapşırıqlarını vaxtında və yüksək səviyyədə icra edir. Onun rəhbərliyi altında “Azərenerji” təkcə elektrik enerjisi istehsalı və paylanması ilə məhdudlaşmır, həm də sosial məsuliyyət daşıyan qurum kimi fəaliyyət göstərir.


Şəhid ailələrinə, müharibə veteranlarına, aztəminatlı təbəqəyə göstərilən diqqət və qayğı “Azərenerji”nin fəaliyyətində də öz əksini tapır. Balababa Rzayev bu məsələlərə xüsusi həssaslıqla yanaşır, işçilərinə də daim dövlətçilik mövqeyindən çıxış etməyi tövsiyə edir.


Təəssüf ki, uğurlu və nüfuzlu şəxslərə qarşı zaman-zaman əsassız ittihamlar irəli sürülür. Balababa Rzayev də bu hallardan sığortalanmayıb. Lakin ictimaiyyət yaxşı bilir ki, onun adına yapışdırılmaq istenilən bu böhtanların heç bir əsası yoxdur. Əksinə, o, bütün fəaliyyəti boyu şəffaflıq, məsuliyyət və vicdanlılıq prinsiplərini rəhbər tutmuşdur.


Onun rəhbərliyi ilə reallaşan layihələr həm yerli, həm də beynəlxalq səviyyədə müsbət qarşılanır. Əgər kimsə bu uğurları görməzdən gəlirsə və ya bilərəkdən təhrif etməyə çalışırsa, bu, sadəcə qərəzli münasibətdən başqa bir şey deyil.


Balababa Rzayev enerji sahəsində innovativ yanaşmaların tərəfdarıdır. O, müasir texnologiyaların tətbiqini, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını vacib hesab edir. Onun təşəbbüsü ilə bir sıra bölgələrdə günəş və külək enerjisi layihələri həyata keçirilmiş, elektrik stansiyalarında müasir avtomatlaşdırma sistemləri tətbiq olunmuşdur.


Bütün bunlar Azərbaycanın həm daxili enerji tələbatını ödəməsinə, həm də ixrac potensialını artırmasına imkan yaradır. Bu isə ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir.


Balababa Rzayev yalnız peşəkar rəhbər deyil, həm də böyük kollektivin sevimlisidir. Onun idarəçilik üslubu əməkdaşlarla qarşılıqlı hörmət və etimada əsaslanır. İşçilərin problemlərinə diqqətlə yanaşması, hər kəsin əməyini dəyərləndirməsi, təşəbbüsləri dəstəkləməsi onun insanpərvərliyindən xəbər verir.


Onun rəhbərliyi altında kollektivdə sağlam iş mühiti formalaşıb. Bu da təbii ki, işin keyfiyyətinə və səmərəliliyinə müsbət təsir göstərir.


Balababa Rzayev hər zaman dövlətçiliyə sadiq bir şəxs kimi tanınıb. O, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji siyasətini bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayır və bu siyasətə töhfə verməyi öz vətəndaşlıq borcu hesab edir.


Dövlətə sədaqət onun həyat prinsipi, iş fəaliyyətinin əsas dayağıdır. Bu səbəbdən də o, hər zaman ictimaiyyətin hörmətini qazanmışdır.


Bütün bunları nəzərə alaraq demək olar ki, Balababa Rzayev haqqında səslənən böhtanlar əsassızdır və onun şəxsiyyətinə yaraşmır. Çünki o, işinin peşəkarı, dövlətinə və xalqına sədaqətlə xidmət edən nümunəvi bir insandır. Onun rəhbərliyi ilə “Azərenerji”nin qazandığı uğurlar Azərbaycanın inkişafına, xalqın rifahına xidmət edir.


Hər bir vətəndaş bilməlidir ki, dövlətin enerji təhlükəsizliyini təmin edən, gecə-gündüz çalışaraq işıqlı gələcəyimizə zəmin yaradan şəxslərin əməyini qiymətləndirmək, onları müdafiə etmək bizim borcumuzdur. Balababa Rzayev kimi peşəkarların fəaliyyəti sayəsində Azərbaycan enerji sektorunda sabitlik və inkişaf yolunda inamla irəliləyir.


Hacı Pərviz Həsənli