Xətai Rayon Prokurorluğu tərəfindən özünü “Vüsal-300” adı ilə təqdim edən şəxs saxlanılıb
“Ağ xalatlı mələk” – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Gülzar Əliyeva
201 nömrəli məktəbdə şok iddialar: İşdən çıxarılan müəllimlərin etirafları və yeni səs yazıları üzə çıxdı
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür
Suraxanı rayonu Bakıxanov qəsəbəsi 105 saylı körpələr evi-uşaq bağçasının müdiri Arzu Talıbova – Dövlətin təhsilə diqqət və qayğısı
Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına körpələr evi-uşaq bağçasının müdiri Əsli Alıyeva – “ Uşaqlara qayğının təməlində sevgi dayanır”
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
Son günlər sosial şəbəkələrin, xüsusilə də “TikTok” platformasının informasiya yayma sürəti artdıqca, bəzi şəxslərin fərdi maraqlar naminə həqiqəti təhrif edərək, geniş auditoriyaya şər-böhtan xarakterli məlumat ötürməsi halları müşahidə olunur. Təəssüf ki, bu cür hallar təkcə cəmiyyətin doğru informasiya əldə etmək hüququnu pozmur, həm də dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edir. Belə hadisələrdən biri də Göygöl rayonunun Çaykənd kənd sakini Əliyev Hikmət Şekspir oğlunun “TikTok” sosial şəbəkəsi vasitəsilə yaydığı əsassız iddialardır.
Hikmət Əliyev öz paylaşımlarında guya 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Çaykənd kəndi ətrafında yerləşən meşə dolayılarında qanunsuz qırıntılar həyata keçirdiyini iddia edir. Lakin məsələni hərtərəfli araşdırdıqda aydın olur ki, onun yaydığı bu məlumatlar həqiqətdən uzaq, qərəzli və şəxsi maraqların təsiri altında formalaşdırılmışdır.
Əvvəla, ictimaiyyət bilməlidir ki, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) təşkil etdiyi açıq hərrac nəticəsində dövlətə məxsus oduncaq ehtiyatı özəlləşdirmə yolu ilə sahibkar Aqil adlı şəxs tərəfindən satın alınmışdır. Hərrac açıq, şəffaf şəkildə keçirilmiş, heç bir qanunsuzluğa yol verilməmişdir. Bu işlik oduncaq dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində satışa çıxarılmış və sahibkarın qanuni mülkiyyətinə keçmişdir.
2025-ci ilin avqust ayının 18-də həmin oduncaq sahibkarın göstərişi əsasında Hacıkənd meşəbəyliyinin aşağı anbarından daşınarkən, Hikmət Əliyev yük avtomobillərinin qarşısını kəsmiş, çəkiliş apararaq sosial şəbəkədə yaymışdır. Lakin videonun heç bir hüquqi əsası yoxdur, çünki oduncaq tamamilə qanuni sənədlərlə daşınırdı. Bunun sübutu kimi “meşə məhsullarının buraxılışı orderi” mövcuddur.
Araşdırmalar göstərir ki, Hikmət Əliyevin bu cür əsassız şikayətlər etməsinin kökündə şəxsi maraqlar dayanır. Belə ki, onun qardaşı – Əliyev Fərid Şekspir oğlu hazırda Mərkəzin Hacıkənd meşəbəyliyinin 10 saylı dolayında meşə gözətçisi vəzifəsində çalışır. Uzun müddətdir ki, Hikmət Əliyevlə qardaşı arasında ailədaxili münaqişələr mövcuddur. Hikmət Əliyev dəfələrlə qardaşının işdən azad olunması tələbi ilə çıxış etmiş, lakin bu tələb əsassız olduğundan təmin edilməmişdir.
Məhz buna görə də o, müxtəlif vasitələrlə Mərkəzin fəaliyyətinə kölgə salmağa çalışır, sosial şəbəkələrdə qərəzli paylaşımlar edir. Beləliklə, burada şəxsi ədavət faktoru aydın şəkildə üzə çıxır.
Ən maraqlı məqam isə budur ki, Hikmət Əliyev özü də dəfələrlə qanunsuz meşə qırıntılarında iştirak etmişdir. Konkret olaraq 2021-ci ildə Çaykənd kənd Bələdiyyəsinin ərazisində iri diametrli vələs və palıd ağaclarının qanunsuz kəsilməsinə görə Göygöl rayon Məhkəməsi tərəfindən məsuliyyətə cəlb olunmuş, 2400 manat məbləğində dəymiş ziyanı dövlət büdcəsinə ödəmiş və əlavə olaraq 1 il müddətinə inzibati həbs cəzası almışdır.
Belə bir şəxsin bu gün “ekologiyanın müdafiəçisi” kimi çıxış etməsi tamamilə qeyri-səmimi görünür. Əslində, onun şikayətləri özünün əvvəlki qanunsuz fəaliyyətlərini pərdələmək və ictimaiyyəti çaşdırmaq məqsədi güdür.
Mərkəzin əməkdaşlarının verdiyi məlumatlara görə, Hikmət Əliyev dəfələrlə oduncaq daşınması prosesinə müdaxilə etmiş, yük maşınlarının qarşısını kəsmiş, əməkdaşları nalayiq ifadələrlə təhqir etmişdir. Bu hərəkətləri ilə o, yalnız iş prosesini pozmur, həm də dövlət əmlakının daşınmasına mane olur. Bu kimi hallara hüquqi qiymət verilməsi üçün artıq Göygöl Rayon Polis Şöbəsinə rəsmi müraciət olunmuşdur.
Bu hadisə bir daha göstərir ki, sosial şəbəkələrdə yayılan hər bir məlumat həqiqət kimi qəbul edilə bilməz. Əgər bir şəxsin şəxsi maraqları, ailədaxili münaqişələri və ya əvvəlki qanun pozuntuları varsa, onun sosial şəbəkədə yaydığı iddialara xüsusi ehtiyatla yanaşmaq lazımdır.
Sosial şəbəkələr cəmiyyət üçün informasiya mənbəyi olmaqla yanaşı, təəssüf ki, bəzən dezinformasiyanın yayılması üçün də istifadə olunur. Belə hallarda dövlət qurumlarının rəsmi açıqlamaları əsas götürülməlidir.
Azərbaycan dövləti son illərdə ekologiyanın qorunmasına, meşə fondunun mühafizəsinə və təbiət sərvətlərinin səmərəli istifadəsinə xüsusi diqqət ayırır. Dövlət siyasətinin əsas prinsiplərindən biri şəffaflıq və qanunçuluqdur. Bu çərçivədə keçirilən hərraclar, oduncaq satışları və meşə təsərrüfatlarının fəaliyyəti tamamilə hüquqi əsaslarla tənzimlənir.
Belə bir şəraitdə hansısa şəxsin sosial şəbəkədə çəkdiyi bir neçə saniyəlik video ilə dövlət siyasətini, Mərkəzin fəaliyyətini şübhə altına almaq heç bir məntiqə sığmır.
Yuxarıda sadalanan faktlar bir daha təsdiqləyir ki, Hikmət Əliyevin “TikTok” sosial şəbəkəsində yaydığı iddialar əsassızdır və qərəzli xarakter daşıyır. O, şəxsi münaqişələrini dövlət qurumlarının üzərinə köçürməyə çalışır, ictimaiyyəti çaşdırmağa xidmət edən dezinformasiya yayır.
Bunun əksinə olaraq, 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi öz fəaliyyətini tamamilə qanuni əsaslarla həyata keçirir, dövlətin müəyyən etdiyi qaydaları rəhbər tutur və şəffaflıq prinsiplərinə sadiqdir.
Cəmiyyətin üzvlərinə çağırış edirik ki, sosial şəbəkələrdə yayılan məlumatlara ehtiyatla yanaşsınlar, yalnız rəsmi mənbələrdən təsdiqlənmiş xəbərlərə etibar etsinlər. Hər kəs bilməlidir ki, dezinformasiya təkcə dövlət qurumlarının nüfuzuna xələl gətirmir, həm də ictimai etimadı sarsıdır.
P.S. 18.08.2025-ciiltarixdə HikmətƏliyevsahibkarAqilmüəlliminiş fəaliyyətinə xələlgətirərəkGöygölRayon Polis Şöbəsinə nüraciət edərək yalan və şantaj xarakterli şikayət vermişdir. Həmin yük maşınları saxlanılmış və sənədlərin qaydasında olduğu üçün Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olduğu heç bir qanunsuzluğun olmadığı üçün həmin yük maşınları sərbəst buraxılmış və Qəbələ rayonundan olan sahibkar Aqilin müəllimin imicinə ziyan vurmuşdur.