Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Azərbaycanda ilk dəfə “Microsoft ExpressRoute” xidməti istifadəyə verildi

Azərbaycanın informasiya texnologiyaları sektorunda mühüm yenilik baş verib.
“Qafqazinfo” xəbər verir ki, Tahir Gözelin təsisçisi olduğu Proxima Tech Solutions ölkəmizdə ilk dəfə “Microsoft ExpressRoute” xidmətini istifadəyə verib.
Proxima Tech Solutions tərəfindən ölkəmizdə ilk dəfə təqdim edilən “Microsoft ExpressRoute” ənənəvi internet bağlantılarından fərqli olaraq, məlumat ötürülməsini qapalı və sabit kanal üzərindən təmin edir. Bu yanaşma dövlət qurumları, maliyyə sektoru və iri bizneslər üçün kritik əhəmiyyət daşıyır, çünki məlumat axınına əlavə təhlükəsizlik, daha az gecikmə və yüksək etibarlılıq təmin edir. Xidmət birbaşa "Microsoft Azure"un Frankfurt (DE) məlumat mərkəzinə qoşulma imkanı təqdim edir. Layihə AzerTelecom ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanın bulud xidmətlərinə sabit və təhlükəsiz beynəlxalq çıxış imkanı yaradır.
Xidmətin əsas faydaları:
● Sabit və yüksək sürət – "Microsoft"un bulud xidmətlərinə təhlükəsiz və dayanıqlı qoşulma,
● Aşağı gecikmə – ənənəvi VPN bağlantılarına alternativ olaraq daha az gecikmə,
● Birbaşa bulud girişi – "Microsoft"un bulud xidmətlərinin tam portfelinə birbaşa çıxış,
● Maksimum təhlükəsizlik – end-to-end şifrələmə və ictimai internetdən tam təcrid olunmuş infrastruktur.
Bu imkanlar sayəsində Azərbaycan şirkətləri və qürumları rəqəmsal xidmətlərini qlobal standartlara uyğun şəkildə daha çevik, sabit və təhlükəsiz formada idarə edə biləcəklər. Xüsusilə bulud texnologiyalarına keçid edən müəssisələr üçün ExpressRoute həm məhsuldarlığı artırır, həm də uzunmüddətli perspektivdə rəqəmsal transformasiyanın etibarlı təməli kimi çıxış edir.
"Proxima Tech"in təsisçisi Tahir Gözel həmçinin "Qarabağ" Futbol Klubunun prezidentidir.
O, bildirib:“Proxima Tech Solutions yalnız beynəlxalq texnologiyaların ölkəyə gətirilməsi ilə kifayətlənmir, həm də süni intellekt sahəsində lokal həllər, kibertəhlükəsizlik infrastrukturu və rəqəmsal müstəqilliyin gücləndirilməsi istiqamətində layihələr həyata keçirir. "Qarabağ" futbol sahəsində Azərbaycanı dünya arenasında necə təmsil edirsə, Proxima Tech Solutions da eyni qürurla ölkəmizi texnologiya sahəsində dünyada təmsil etməyi qarşıya məqsəd qoyur”.























































