Xəbər Lenti
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
20-07-2026, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
20-07-2026, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
20-07-2026, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
09 Avqust 2022 16:52Manşet / İqtisadiyyat
Elm və Təhsil Nazirliyi ilə “AzInTelecom” arasında görüş keçirildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə Elm və Təhsil Nazirliyi arasında görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin nümayəndələri “AzInTelecom” MMC-yə məxsus Yevlax Əlçatanlıq Zonasının bulud xidmətlərindən istifadə etməyə maraq göstərdiklərini bildiriblər. Nazirliyin rəsmi şəxsləri sistem və informasiya texnologiyaları infrastrukturunu yerləşdirmək istədikləri Əlçatanlıq Zonası ilə tanış olmaq üçün Yevlaxa səfər ediblər.
Səfər zamanı Yevlax Əlçatanlıq Zonasının texniki imkanları, həmçinin Elm və Təhsil Nazirliyinin sistem və infrastrukturunun miqrasiyası üçün yol xəritəsinin hazırlanması prosesi ətraflı müzakirə olunub.
Əlçatanlıq zonaları bulud xidmətlərinin göstərildiyi müxtəlif data mərkəzlərini əhatə edən təcrid edilmiş infrastrukturdur. “AzInTelecom” MMC-nin Yevlaxda inşa etdiyi Əlçatanlıq Zonası şirkətin Bakıda yerləşən Data Mərkəzi kimi “Tier III” beynəlxalq uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatlarına malikdir.
Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən Yevlax Əlçatanlıq Zonasının bütün kritik infrastrukturu “1+1” prinsipi ilə inşa edilib. Konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib. Zonanın mobil tipli layihələndirilməsinin əsas üstünlüyü daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha etibarlı əraziyə daşınmasına imkan verir.
Yevlax Əlçatanlıq Zonasında bulud xidmətləri, biznes həlləri, mərkəzləşmiş informasiya sistemləri və beynəlxalq səs trafiki xidmətləri təqdim edilir. Həmçinin müştərilər fövqəladə hallarda informasiya sistemlərinin fasiləsiz fəaliyyətini həyata keçirmələri üçün “DRaaS (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması)” xidməti ilə təmin olunur. Bununla da bizneslər təbii fəlakətlər və müxtəlif antropogen insidentlərin təsirindən daha çevik yayınacaq və daha yüksək dayanıqlılıq nümayiş etdirəcəklər.
Qeyd edək ki, “AzInTelecom” MMC-yə məxsus AZCLOUD Bulud Həlləri üzrə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli xidmətlər təqdim edilir. Bu xidmətlərə “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” daxildir.























































