Səhiyyədə peşəkarlıq, humanizm və idarəçilik mədəniyyətinin uğurlu ünvanı - Rəşid Vəzirov
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Quba rayonu 5 №-li Yol İstismarı MMC-nin direktoru Paşa Abdullayev-Yol quruculuğunda məsuliyyət, sədaqət və peşəkarlıq nümunəsi
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun RƏSMİ BƏYANATI
Şahin Süleymanov-Yol istismarında peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət nümunəsi
“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
Keçmiş RİH-nin başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
Təhsilin keyfiyyətinə həsr olunmuş ömür: Ülkər Mirzəyevanın pedaqoji və idarəçilik fəaliyyəti
Dövlət siyasətinin rayonda təcəssümü: Qax Elvin Paşayevin rəhbərliyi ilə irəliləyir
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Anar Quliyev: "Şəhərsalma və Memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"
Gənclik sağlam gələcəyin təməlidir: Dilqəm Məhərrəmovdan Azərbaycan gənclərinə təbrik
Taleh Məmmədov: 2 Fevral - Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əziz gənclər, bayramınız mübarək!
Bakı şəhəri 20 Saylı Şəhər Poliklinikası rüşvət burulğanında? – FAKT/İDDİA
"Heqiqixeber.az" xəbər portalına daxil olan yeni bir vətəndaş müraciəti, paytaxtın səhiyyə sistemində mövcud olan ciddi problemlərə işıq salır. Şikayətdə konkret olaraq Bakı şəhəri 20 Saylı Şəhər Poliklinikasında baş verən rüşvət halları diqqət mərkəzinə gətirilir. Vətəndaş iddia edir ki, adıçəkilən tibb müəssisəsində tibbi xidmətlər göstərilərkən açıq-aşkar pul tələb olunur və bu vəziyyət artıq adi hala çevrilib.
Şikayətçi bildirir ki, müayinə üçün müraciət etdiyi zaman əvvəlcə poliklinikanın resepsiyon bölməsində ondan müəyyən məbləğdə pul istənilib. Daha sonra isə Travmatologiya şöbəsinin rentgen otağında eyni hal təkrarlanıb. Vətəndaş qeyd edir ki, tibbi xidmət yalnız pul ödənildiyi halda həyata keçirilir, əks təqdirdə isə xəstəyə normal xidmət göstərməkdən imtina edilir.
Məsələ ilə bağlı şikayətçi poliklinikanın rəhbərliyinə müraciət etsə də, heç bir tədbir görülməyib. Onun sözlərinə görə, rəhbərlik bu halları bilə-bilə göz yumur, nəticədə isə rüşvət tələb edən tibb işçiləri özlərini toxunulmaz hesab edirlər.
Vətəndaş daha bir mühüm məqamı diqqətə çatdırır: o, rentgen otağında pul tələb edən tibb işçisini telefonvasitəsiilə görüntüləməyi bacarıb. Şikayətçi bildirir ki, rüşvət faktını sübut edən bu fotoşəkilləri təqdim edir. Bu isə məsələnin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir.
Azərbaycanda səhiyyə sahəsində rüşvət və neqativ halların olması təəssüf ki, illərdir ictimaiyyətin diqqətindədir. Dövlət başçısının dəfələrlə korrupsiyaya qarşı apardığı mübarizəyə baxmayaraq, bəzi məmurlar və tibb işçiləri hələ də köhnə vərdişlərindən əl çəkmirlər. Bu cür hallar, ilk növbədə, sadə vətəndaşların haqlı narazılığına səbəb olur.
20 Saylı Şəhər Poliklinikasında baş verənlər də bunun bariz nümunəsidir. İnsanlar dövlət müəssisəsinə üz tutduqda təmənnasız xidmət almalı olduqları halda, rüşvət tələsinə düşürlər. Bu isə həm qanunvericiliyin, həm də tibbi etik normaların kobud şəkildə pozulması deməkdir.
Şikayətdə vurğulanan başqa bir mühüm məqam rəhbərliyin biganəliyidir. Vətəndaşın sözlərinə görə, müraciət edilməsinə baxmayaraq, rəhbərlik heç bir tədbir görməyib, əksinə, hadisələri gizlətməyə çalışıb. Əgər bu iddialar doğrudursa, deməli, məsələ artıq təkcə ayrı-ayrı tibb işçilərinin şəxsi davranışı yox, bütövlükdə idarəçilik səviyyəsində yaranmış korrupsiya mühitidir.
Rüşvət tələb edilməsi Azərbaycan Respublikası qanunları ilə qadağan olunub və cinayət məsuliyyəti yaradır. Belə faktların üzə çıxması dərhal hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməlidir. Əks halda, cəmiyyətin dövlət qurumlarına, xüsusən də səhiyyə sisteminə olan inamı tamamilə itə bilər.
Xəbər portalı olaraq biz hər zaman obyektiv mövqedən çıxış edirik. Qarşı tərəfin – Bakı şəhəri 20 Saylı Şəhər Poliklinikasının rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq. Əgər təqdim edilən iddialar həqiqəti əks etdirmirsə, poliklinika rəhbərliyi bunu ictimaiyyətə açıqlamalıdır. Əksinə, əgər faktlar təsdiqlənirsə, bu zaman məsul şəxslər qanun qarşısında cavab verməlidirlər.
Azərbaycan vətəndaşları səhiyyə xidmətlərindən istifadə edərkən rüşvət deyil, normal tibbi xidmət gözləyirlər. Dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlər üçün artıq büdcədən kifayət qədər vəsait ayrılır. Belə olan halda, vətəndaşdan əlavə pul tələb edilməsi həm qanunsuzluq, həm də vətəndaşa qarşı hörmətsizlikdir.
Bu gün ictimaiyyətin əsas gözləntisi odur ki, bu kimi şikayətlər diqqətdən kənarda qalmasın, hər bir iddia dərindən araşdırılsın. Əks halda, rüşvət burulğanı genişlənərək həm vətəndaşlara, həm də dövlətin nüfuzuna ciddi zərər vuracaq.
Bakı şəhəri 20 Saylı Şəhər Poliklinikasında baş verdiyi iddia olunan bu hadisə, bir daha göstərir ki, korrupsiyaya qarşı mübarizə hələ də davam etməlidir. Vətəndaşların hüquqlarının qorunması, tibbi xidmətlərin şəffaf və ədalətli şəkildə göstərilməsi, hər bir dövlət qurumunun birinci vəzifəsi olmalıdır.
"Heqiqixeber.az" olaraq bu məsələnin ictimailəşməsini təmin edir və aidiyyəti dövlət qurumlarını, həmçinin poliklinika rəhbərliyini məsələyə münasibət bildirməyə dəvət edirik.
FOTOLAR:



Heqiqixeber.az























































